PDF Oxu

Sosial

  • 4 176

Novruz bayramı münasibətilə humanitar yardım aksiyası davam etdirilib - FOTOLAR

Novruz bayramı münasibətilə humanitar yardım aksiyası davam etdirilib - FOTOLAR

Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının təşəbbüsü ilə Novruz bayramı münasibətilə Nərimanov rayonunda yaşayan şəhid, qazi və aztəminatlı ailələrə humanitar yardım aksiyası bu gün də davam edib. SİA-nın verdiyi məlumata görə, aksiya çərçivəsində rayon ərazisində yaşayan 50-dən çox şəhid, qazi və aztəminatlı ailələrə gündəlik ərzaq məhsullarından ibarət bayram sovqatı təqdim olunub.

YAP Nərimanov rayon təşkilatının əməkdaşları şəhid, qazi və aztəminatlı ailələri evlərində ziyarət edərək onları qarşıdan gələn milli-mənəvi dəyərlərimizi özündə əks etdirən Novruz Bayramı münasibəti ilə təbrik edib, Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş əsgər və zabitlərimizin, əziz xatirəsinin xalqımızın yaddaşında əbədi yaşadığını bildirilib, həmçinin, onların ailə üzvlərinin hər zaman dövlətimizin və partiyanın diqqətində olduğunu vurğulayıblar.

Aksiyada Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatı ilə yanaşı ərazi partiya təşkilatlarından Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Bakı Nəqliyyat Agentliyi, SOCAR-ın Kompleks Qazma İşləri Tresti və AVRORA Group MMC iştirak edərək öz bayram sovqatlarını ailələrə çatdırıblar.

Şəhid, qazi və aztəminatlı ailələr onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, humanitar yardım aksiyası 17-18 mart tarixlərini əhatə edib.

Digər xəbərlər