“ARAN” Uşaqları Sağlam Gələcəyi İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə tədbir keçirib. SİA-nın verdiyi məlumata görə, tədbir Bərdə rayonunun Səməd Vurğun adına Mərkəzi Kitabxanasında keçirilib.
Əvvəlcə İkinci Vətən müharibəsində şəhidlik zirvəsinə çatan igidlərin və Bərdə hadisələri zamanı bombardmana məruz qalmış yerli sakinlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə “ARAN” Uşaqları Sağlam Gələcəyi İctimai Birliyinin sədri İbrahim Hüseynov açıb.
Daha sonra Bərdə rayon İcra Hakimiyyətinin müharibə iştirakçıları və şəhid ailələri ilə iş şöbəsinin müdiri Samir Səfərov bildirib ki, düşmən üzrəində qələbə qazanmağımızda bərdəlilərin böyük rolu olub: “Bu inam bütün azərbaycanlılar kimi Müzəffər Ordumuzun Ali Baş Komandanın inamından qaynaqlanıb.
“Zərdabi” Mətbuat Mərkəzinin sədri, əməkdar jurnalist Rəhim Hüseynzadə bildirib ki, dörd cildi çapdan çıxmış “Qələbə şəhidləri” adlı kitabın necə ərsəyə gəlməsindən danışıb.
“Bərdə” qəzetinin baş redaktoru Salman İsmayılov rəhbəri olduğu mtbu orqanının hərbi vətənpərvərlik tərbiyəsini, döyüş ruhunu işıqlandırdığını bildirib.
Tədbirdə həmçinin şəhid ailələrinin üzvləri, Mərkəzi Kitabxananın müdiri Almaz Zülfüqarova iştirak edib.