PDF Oxu

Sosial

  • 7 993

Sosiapatiya nədir? - PSİXOLOQ AÇIQLADI

Sosiapatiya nədir? - PSİXOLOQ AÇIQLADI

"Sosiapatiya psixoloji pozuntudur. Qarşısındaki insanların düşüncə və ya duyğularını anlamaq duyğusu olmayan, empatiya qura bilməyən şəxslərdir. Sosiapatiya xəstəlik deyil, psixoloji pozuntudur". Bu fikirləri psixoloq Cəmilə Abbasova bildirib.

Onun sözlərinə görə, sosiapatlıq və psixpatlıq tez-tez qarışdırılır: "Hər ikisidə bir-birinə yaxın terminlər olsa da, fərqləri var. Cəmiyyətə qarşı müxtəfil davranışları sərgiləyən psixopatlar da tibbdə sosiapatlar kimi başqaları ilə maraqlanmayan, vicdan, peşmanlıq, dostluq və ya sevgi kimi duyğulardan uzaqdırlar. Belə insanlar empatiya kurmaqda əziyyət çəkirlər. Psixoapatiya anadan gəlmə yarandığı halda, sosiapatiya ətrafın təsir ilə yaranır.

Sosiapatiya ilk olaraq uşaqlıq illərində özünü göstərir. Sosiapatlar təbii ki, bu şəxsiyyət pozuntusunun fərqində olmurlar. Buna əsasən də öz istəkləri olmadan müalicə almazılar. Sosiapatlar hər kəsə zidd olan, öz ürəkləri nə istəsə ancaq onu edərlər. Sinirlərinə nəzarət edə bilmədiklərindən tez-tez dalaşar və zərər verməkdən çəkinməzlər. Çox gözəl yalan danışarlar və bundan heç kimin xəbəri olmaz. Rahatlıqla insanları manipulyasiya edə bilirlər və hər kəsi pz dediklərinə inandırırlar.

Sosiapatlarda bütün simptomlar tək-tək incələnməlidir. Xüsusilə fiziki yoxlanış da olunmalıdır. Beyinlə bağlı hər hansısa problemin olub-olmamasına baxılmalı, ayrıca alkaqol və maddə testi olunmalıdır. Fiziki müayinə zamanı ağır problem olmazsa, psixoloji müayinə aparılır. Sosiapatlarda psixoloji terapiyalar öz nəticəsini hər zaman verir. Seans zamanı xəstəyə "Düşüncə xətası"nın dəyişdirilməsi aşılanır. Şəxslər arası münasibətdə necə olması öyrədilir və insanlarla sağlam münasibət qura bilməsi üçün xüsusi dəstək olunur. Əgər aqressiv və saldırğan davranışlar varsa bu zaman psixiatra yönləndirərək dərman müalicəsi alınır".

Digər xəbərlər