PDF Oxu

Sosial

  • 3 051

167 qazi müalicə məqsədilə Türkiyəyə göndərilib

167 qazi müalicə məqsədilə Türkiyəyə göndərilib

Bu günə qədər "YAŞAT" Fondu tərəfindən 167 qazimiz müalicə məqsədilə Türkiyəyə göndərilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, onlardan 127-nin müalicə proseduru uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərimizin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.

yap.org.az

Digər xəbərlər