PDF Oxu

Sosial

  • 6 953

Prezidentin apardığı siyasətə CƏMİYYƏTİN BAXIŞI - SORĞU

Prezidentin apardığı siyasətə CƏMİYYƏTİN BAXIŞI - SORĞU

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hakimiyyətə gəldiyi vaxtdan bu günə qədər bir çox sahədə yeni islahatlar aparmış, dövlətin inkişafı istiqamətində bir sıra yeni layihələrə imza atmışdır. İlham Əliyev 2018-ci ildə növbəti dəfə prezident seçilərək xalqın rəğbətini qazandığını göstərmişdir. Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində 30 il işğal altında olan torpaqlarımız azad olundu. İstər idman, istər siyasət, istər iqtisadiyyat, istərsə də sosial sahədə bir çox uğurlar əldə edilmiş, Azərbaycan dövləti bütün dünyada nüfuz qazanmışdır. Xalqın rifahının yaxşılaşdırılması üçün tədbirlər planı həyata keçirmişdir. Bəs görəsən şəhər sakinləri cənab Prezident İlham Əliyevin uğurlu siyasəti ilə bağlı nə düşünürlər. SİA olaraq sorğu keçirdik:

Şəhər sakini Sənubər Balayeva: " Prezidentin uğurlu siyasəti nəticəsində biz Qarabağı düşmən tapdağından azad etdik. Biz neçə ildir ki, bunu gözləyirdik. İlham Əliyev biz xalqın yaxşılığı üçün tədbirlər görmüş, xalqı hər zaman diqqət mərkəzində saxlamışdır".

Şəhər sakini Balayar Mərdanov: " Azərbaycan xalqı hər zaman Prezidentimizə inanıb. Onun qərarları dövlətimizi daim zirvələrə daşıyır. Torpaqlarımızı düşməndən xilas etdik. İndi Cənab prezident həmin ərazilərin inkişafı üçün bir sıra tədbirlər görür. Şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına müəyyən kömkliyin qöstərilməsi üçün göstərişlər verir".

Şəhər sakini Xəzangül Musayeva: " Prezident İlham Əliyevin siyasəti nəticəsində ölkəmiz dünyada tanınan, öz sözünü düməyi bacaran dövlət kimi tanındı. Bütün gücünü Azərbaycanın inkişafına həsr edib. Xalqıməz hər zaman onun arxanındadır. Hər zaman dövlətimizin rifahını düşünən Prezident ölkəmizin çiçəklənməsi üçün əlindən gələni edir".

Şəhər sakini Alim Naibov: "Cənab Prezident hər zaman dövlətin mənafeyini fikirləşmiş və bu istiqamətdə də fəaliyyət göstərmişdir. İdmanımız inkişaf edib. Bu sahədə ciddə tədbirlər görülüb. Həmçinin digər sahələr üzrə də yeni-yeni uğurlar əldə etmişik. Ən böyük uğurumuz Qarabağı düşmən tapdağından xilas etməyimizdir. Cənab Prezidentin və rəşadətli ordumuzun gücü sayəsində düşməni məğlub etdik. Torpaqlarımızı azad etdik. Cənab Prezidentə bundan sonrakı fəaliyyətində uğurlar arzulayıram. Bilirik ki, o, hər zaman xalqı düşünür".

Şəhər sakini Məlahət Ağayeva: "Dövlətimizin inkişaf etməsində Cənab Prezidentin böyük rolu vardır. Onun sayəsində dövlətimiz inkişaf etmiş, bir çox uğurlara imza atmışdır. Elm, təhsil sahəsində, mədəniyyət sahəsində xeyli işlər görülmüşdür. Fəaliyyəti boyu hər zaman dövlətimizin haqq işini müdafiə etmişdir".

Şəhər sakini Hicran Babayeva: "Cənab Prezident bir çox istiqamətlərdə dövlətimizi layiqincə təmsil edib. Bir çox dövlətlərlə diplomatik əlaqələr qurub. Bunların hamısı dövlətimizin tanınması üçündür. Azərbaycan güclü dövlətlərdən birinə çevirilib".

Digər xəbərlər