Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin gücü və Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan 44 günlük müharibədən qələbə qazanaraq çıxdı. Bu qələbəni düşmənlərimiz heç bir zaman həzm edə bilmir, yenə də torpaqlarımıza, sərhəd bölgələrimizə atəş açmaqda davam edirlər. Ordumuz isə bu təxribatlara hər zaman adekvat cavab verərək düşməni susdurur. Biz heç zaman düşmənin bu təxribatlarından qorxmamışıq. Hər zaman bu təxribatların qarşısın məharətlə almışıq. Ermənistan dövləti hər zaman hər hansı bir yolla da olsa təxribat törətməyə çalışır. Bəs şəhər sakinləri erməni təxribatları ilə bağlı nə düşünürlər? SİA-nın sorğusu:
Şəhər sakini Maya Əsgərova: " Əlbəttə erməni tərəfi hər zaman təxribatlar törətməyə çalışıb. Çünki onlar məğlubiyyəti qəbul edə bilmirlər. Bizim torpaqlara göz dikiblər. Özlərini buranın sahibi olduğuna inandırıblar. Amma biz onlara lazım olan cavabı verdik. Qarabağ bizimdir. Nə qədər təxribatlar törətsələr də ancaq özlərinə ziyan verəcəklər".
Şəhər sakini Yavər Mirzəliyev: " Onlar hər zaman nankor olublar. Torpaqlarımız işğal altında olanda belə bu təxribatları davam etdirirdilər. İndi torpaqlarımızı işğaldan azad etdik yenə də təxribatlar törədirlər. Onlar kimi qansız, cığal millət yoxdur. Hər zaman boş-boş işlərlə məşğul olurlar".
Şəhər sakini Sevil Rzayeva: " Ermənilər əzəldən bəri azərbaycanlıların paxıllığını çəkib. Ümumiyyətlə, türk-müsəlman dövlətlərinin paxıllığını çəkiblər. Biz onlara yaşamağa yer verdik, amma onlar bizim bu yardımsevərliyimizdən istifadə ediblər. İndi də sərhədlərimizi atəşə tuturlar. Amma bunun da ömrü qısadır. Yaxın günlərdə tamamilə bunun qarşısı alınacaq".
Şəhər sakini Pərvanə Səmədova: "Allah onların bəlasını versin. Onlar millət deyillər, insan deyillər. Ümumiyyətlə, onları iti qovan kimi qovmaq lazımdır. Çox nankor millərdirlər. Bizim elədiyimiz yaxşılıqlardan sui- istifadə edirlər. Amma bizim ordumuz onlara lazımi cavabı verib onları susdururlar. Allah əsgərlərimizi qorusun".

Şəhər sakini Vidadi Həsənov: " Ermənilər ömür boyu kinli bir xalq olublar. Onlar bilirlər ki, bu torpaqlar onların deyil. Buna baxmayaraq yalandan bu torpaqlara sahib olmaq istəyirlər. Torpaqlardan bir parça belə qoparmaq onlar üçün kar hesab edilir. Amma bilmirlər ki, biz torpaqlarımızın bir qarışını belə onlara verməyəcəyik".
Şəhər sakini Lalə Qurbanova: " Ermənilər elə bir xalqdır ki, onlara yaxşılıq etmək olmaz. Neçə dəfə bizim bölgələrə atəş açıblar, günahsız millətimizin üstünə silah çəkiblər. Rahat dayanmırlar. İçlərindəki kin onları buna məcbur edir. Gərək onlara yazığımız gəlməsin. Allah onların bəlasını versin".