PDF Oxu

Sosial

  • 5 980

Qətl hadisəsi törədən şəxslər kimlərdir? - PSİXOLOQ AÇIQLADI

image

“Qətl hadisələrinin statistikası artıb-azala bilər. Bütün dünyada pandemiya dövründə qətl hadisələri azalmışdır. Təbii ki, bu da izolyasiya dövrü olduğu üçün belə idi. Lakin bu o demək deyil ki, insanlardakı aqresiyya və narahatlıq bununla da keçib getdi”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının doktorantı, Psixologiya Elmi-Tədqiqat İnstitutunun əməkdaşı, psixoloq Əli Xəlilov bildirib.

Onun sözlərinə görə, pandemiya dövründə insanlardakı aqressiya və lazımsız davranış və hərəkətlər artdı: “Aqresiyya latın dilindən “hücum” deməkdir. Qətil hadisələrinin əksəriyyəti aqressiyanın şiddətli şəkildə çox olması nəticəsində baş verir. Amma bunlar tək aqresiyya ilə deyil, insan psixologiyasındakı problemlərdən dolayı da bu kimi hadisələr baş verir. İnsanlar şəxsiyyətlər arasında düzgün ünsiyyət qurmaması və ya qura bilməməsi nəticəsində də bir-birini başa düşmür və xəsarət törədir. Bəzi insanlar bunu düşünmədən edir və peşman olur. Bəzi insanlar isə müəyyən hissləri düzgün anlamır və bunun nəticəsində münasibətlərdən qopa bilmir. Belə olduğu halda isə insanlarda affekt vəziyyət yaradır. Affekt vəziyyəti psixoloji bir haldır, ani və uzunmüddətli şəkildə baş verir. Buna görə də bu faktor önəmli rol oynayır. Son dönəmlərdə isə mənə müraciət edən əksər gənclərdə pis vərdişlərdən asılı olmaları nəticəsində normadan kənar davranışlar baş verir. Qətl hadisələrini törədən insanlar ya məqsədyönlü şəkildə, ya da affekt vəziyyətdə edir. İnsanın etdiyi hərəkətlər onun savadından və dünyagörüşündən də asılıdır.

Dünya üzrə statistikalara baxdıqda görə bilərik ki, insanların savadsız olmaları onların törətdikləri hadisələrdə öz əksini tapır. Ailə daxilində baş verən problemlərdə insan psixikasına təsir edir. İnsanlar ayrılıq qərarı alarkən bir tərəf narazıçılıq bildirirsə həmin o insan sonradan acıq çıxmaq kimi hərəkətlər də törədir. İnsanlar öz davranışlarında korreksiya etməlidir ki, bu hallar baş verməsin”.

Digər xəbərlər