PDF Oxu

Sosial

  • 2 907

Ombudsman maarifləndirici tədbir keçirib

Ombudsman maarifləndirici tədbir keçirib

Ombudsmanın Cəlilabad Regional Mərkəzi tərəfindən rayonun Gənclər və İdman İdarəsi və Mərkəzləşmiş Kitabxana sistemi ilə birgə Cəlilabad Tibb Kollecində “Gənclərin insan alverinə qarşı mübarizə sahəsində maarifləndirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib. Ombudsmanın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, tədbirdə həmin kollecin rəhbəri, pedaqoji heyət və tələbələr iştirak ediblər.
Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov çıxışında insan alveri, risk qrupları, insan alveri qurbanlarının ehtiyacları, onlarla bağlı yarana biləcək fəsadlar və mövzu ilə bağlı digər məsələlərə toxunub.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.

Digər xəbərlər