“İndiki dövrdə hər hansısa bir mənbə axtarsaq ki, dövrün qlobal problemləri hansılardır? Bu mövzu üzrə adətən əhali, ərzaq problemləri barədə danışırlar”. Bu sözləri SİA-ya açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu bildirib.

"Amma mən uzun illərdir bu məsələ ilə məşğul olmuşam və gəldiyim müəyyən nəticələr var. İndiki dövrün ən böyük, bir nömrəli problemi fəlsəfi mahiyyət daşıyır. Çünki Yer üzü tamamilə yeni bir hal alıb. Bu dövrün fəlsəfəsi yoxdur. Ona görə də üzərində işlədim və “agəngyol” fəlsəfəsini təqdim etdim. Bu, ölkədə bir çoxlarına ciddi görünmür. Amma uzun, 10 ilə yaxın müddətdir ki, təqdim etdiyim “ahəngyol” fəlsəfəsi dünya üzrə tanınır.
Qərb fəlsəfəsi yer üzünü 20-ci əsrə qədər gətirib çıxarıb. 20-ci əsrdən sonra əsas düşüncə ilə informatik, öz maddi-maraqlarına uyğun olaraq fəlsəfə yaradıb, 20-ci əsrə qədər gətirib çıxarır. 20-ci əsrdə elm, texnika inkişaf etdi, SSRİ dağıldı və dünya vahid bir məkana çevrildi. Bu zaman məlum oldu ki, indiki dövrün fəlsəfəsi ortada yoxdur. Bu gün Yer üzündə qanlar axırsa, bu dünyanın indiki dövrdə arzuolunan fəlsəfəsi yoxdur. Şərq 14-cü əsrə qədər qazandığı nailiyyətləri Qərb başa düşmədən ancaq rasional istiqamətdə getdi. Rasional olmayan aləmi nəzərə ala bilmədi.
İkinci əsas məsələ isə odur ki, dünyada insanlar çoxalır və bütün mərkəzlər böyük həyəcan içərisindədir. İnsanlar sürətlə artdığı üçün Yer üzündə də resurslar çatmır. Digər bir tərəfdən insanlar əsasən Afrikada, müsəlman ölkələrində artır. Avropada isə get-gedə azalır. Üstəlik də Yer üzündə balans pozulur. Get-gedə Avropalıların ümumi çəkisi azalır. Bu da böyük həyəcan təbilinə səbəb olur. Əsas güc mərkəzlərinin olduğu Avropa əhalinin azalmasının qarşısını almaq üçün tədbirlər görməyə çalışır.
Üçüncü məsələ isə sürətlə silahlanma prosesidir. Hazırda silahlanmaya milyardlarca pul xərclənir. Halbuki bu pula Yer üzünün inkişafına, insanların güzəranının yaxşılaşdırılmasına yönəldilsə, hər şey daha yaxşı olar. Yer üzündə hazırda bununla bağlı geosilahlanma artır. Ölkələr arasında qarşıdurma yaranır, sivilizasiyalar arasında toqquşmalar artır. Müsəlman ölkələrinə qarşı xoşagəlməz siyasət gedir. Bunun nəticəsi olaraq da terrorizm inkişaf etmiş olur. Bu isə qlobal problemdir.
Digər bir qlobal problem isə inkişaf etməkdə olan ölkələrin problemləridir. Nəticədə 4 istiqamətdə qlobal problemlərə baxmaq olar.
Çox təəssüf ki, BMT kimi bir təşkilat daha çox sosial, adi, siyasi məsələlərə olduqca böyük yer verdikləri halda, mənəvi məsələlərin həlli üçün heç bir addım atmırlar. Şərqin 14-cü əsrə qədər formalaşdığı fəlsəfəsini, mənəvi məsələlərə lazımi dəyər verilmir. Buna görə də Yer üzü bu cür iğtişaşlar halındadır. Əslində isə çıxış yolunu tapmaq olar. Yəni biz elə işlər görməliyik ki, əhali özü-özünü tənzimləsin. Ciddi qlobal problemlər olsa belə, onların həllində çıxış yolu tapmaq da mümkündür”-deyə, Ə.Qəşəmoğlu bildirib.