Sosial

  • 3 663

Göz allergiyası görməyə təsir edirmi? - OFTALMOLOQ AÇIQLADI

image

“Bu aylarda gözlərdə yanma, qaşınmalar və s. müşahidə olunması normal haldır və bu birbaşa allergiyanın göstəricisidir. Eyni zamanda bu dövrdə insan orqanizmi vitaminsizləşir”. Bu sözləri SİA-ya açıqlamasında oftalmoloq Paşa Qəlbinur bildirib.

Onun sözlərinə görə, xüsusilə də hazırda covid-19 pandemiyasını nəzərə alsaq, bu xəstəliyi keçirən insanların immun sistemi daha da zəif və həssas olur: “Bu mənada allergiya başda durur. Amma immun sisteminin zəifləməsi də bu prosesə təkan verən ən birinci amillərdəndir. Təbii ki, müalicəsi mümkündür və bu işlə oftomoloq məşğul olmalıdır.

Eyni zamanda gözdə olan allergiyalar, ümumiyyətlə gözdə yaranan istənilən xəstəlik görmə orqanının keyfiyyətinin bu və ya digər dərəcədə zəifləməsinə səbəb olur”.

Digər xəbərlər