Tanınmış alim fəlsəfə elmləri doktoru, professor Sakit Hüseynovun Yaponiyanın Tokio şəhərində keçirilən “Multidisciplinary Academic Notes. Theory, Methodology and Practice” Proceedings of the XVII International Scientific and Practical Conference Beynəlxalq konfrans materiallarında “Davamlı inkişaf konsepsiyası: “Yaşıl iqtisadiyyat”, “Ağıllı kənd” və “Ağıllı şəhər” modelləri” adlı elmi məqaləsi çap edilmişdir.Burada elmi maraq doğuran məsələlərdən biri “Ağıllı kənd” və “Ağıllı şəhər” konsepsiyalarının fəlsəfi-sosioloji aspektdə ilk dəfə olaraq şərh edilməsidir. Dünyanın bir çox ölkələrində tətbiq edilən “Ağıllı kənd” və “Ağıllı şəhər” konsepsiyası Azərbaycanda işğaldan azad olunmuş ərazilərdə ilk dəfə olaraq tətbiq edilməsi də müəyyən elmi maraq doğurur. Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə ilk dəfə olaraq Zəngilan rayonunun Üçüncü Ağalı kəndində ”Ağıllı kənd” layihəsinin icrasına başlanılması da oxucuların diqqətini cəlb edir. Məqalədə İşğaldan azad olunmuş ərazilərimizin bərpası ilə əlaqədar nəzərdə tutulan konkret faktlar Kəlbəcər rayonunun timsalında göstərilmiş və bərpa olunacaq ərazilərimizdə Davamlı inkişaf perspektivlərinin göstəricisi kimi təqdim edilmişdir.
sia.az