PDF Oxu

Sosial

  • 4 992

Şəhid Xəyal Namazovun xatirəsi yad edilib - FOTOLAR

image

23 may 2022-ci il tarixdə Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Namazov Xəyal Xudaverdi oğlunun doğum günü münasibətilə Xocavənd qəsəbəsində yerləşən Şəhidlər məzarlığında anım tədbiri keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə Xocavənd rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, YAP Xocavənd rayon təşkilatının sədri Vüsal Hüseynov və tədbir iştirakçıları öncə şəhidlərin məzarları önünə qərənfillər düzüb, onların əziz xatirəsinə ehtiramlarını bildiriblər. Daha sonra canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban verən Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə dualar oxunaraq, xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov Şəhidin valideyinlərinə və ailə üzvlərinə başsağlığı verərək, belə qəhrəman övlad böyütdükləri üçün minnətdarlığını bildirib.

Tədbirdə çıxış edənlər Şəhidin keçdiyi qısa və mənalı həyat yolundan söz açmış, Vətənimizin bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin əziz xatirəsini daim uca tutmağı, vətən uğrunda mübarizənin vacibliyi, tarix yazan qəhrəman şəhidlərin and yerimizə, ziyarət məkanımıza cevrildiyini qeyd ediblər.

Şəhid Namazov Xəyalın valideynləri övladlarının qəhrəmanlığı ilə fəxr etdiklərini bildirib, Şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildiriblər.

Tədbir Xocavənd 4 saylı tam orta məktəbi şagirdlərinin vətənpərvərlik mövzusunda hazırladıqları kompozisiya ilə davam edib.

Allah rəhmət eləsin!

Digər xəbərlər

Yaşlandıqca əzələ gücünü necə qorumaq olar..?

Mütəxəssis zədə riskini azaltmağa və illərlə fiziki formanı qorumağa kömək edə biləcək sadə bir məşq öncəsi addımı paylaşıb...

Gecə tərləməsi xərçəngin əlaməti ola bilər...

Lakin bu vəziyyətin başqa səbəbləri də ola bilər...

“Tam qaranlıq çökdü”: klinik ölüm yaşayan insanların hekayələri...

Klinik ölüm yaşayan insanlar işıq, tunellər, səslər və mələklər haqqında danışırlar. Bəs həyat və ölümün astanasında bizi başqa hansı görüntülər ziyarət edə bilər?

Rənginə görə ən sağlam bibərlər müəyyən edilib...

Mütəxəssislər qırmızı və yaşıl bibərləri vitamin və mineral tərkibinə görə müqayisə ediblər...