Sosial

  • 3 306

"Teknofest" festivalına qarşı CƏMİYYƏTİN BAXIŞI - SORĞU

image

“Teknofest” Türkiyənin ən böyük aviasiya, kosmos və texnologiya festivalıdır. Tədbir “Türkiyə Texnologiya Komandası” – T3 Fondu və Türkiyə Respublikasının Sənaye və Texnologiya Nazirliyi tərəfindən 2018-ci ildən etibarən hər il təşkil olunur. “Teknofest” Aviasiya, Kosmos və Texnologiya Festivalının Türkiyədən kənarda ilk dəfə Azərbaycanda keçirilməsi iki ölkə arasındakı dostluq, qardaşlıq və strateji müttəfiqlik əlaqələrinin növbəti təzahürüdür. “Teknofest” festivalı ölkəmizdə 26-29 may tarixlərində keçiriləcək. Bəs görəsən şəhər sakinləri "Teknofest" festivalı ilə bağlı nə fikirləşir? SİA olaraq şəhər sakinləri arasında sorğu keçirdik:

Şəhər sakini Mədinə Orucova: "Azərbaycanda belə bir festivalın keçirilməsi təbii ki, ölkəmiz üçün vacibdir. Mən də istəyərəm ki, bu festivalda iştirak edəm. İndi də bu festivala görə hazırlıq işləri görülür. Məncə, əhəmiyyətli bir festivaldır".

Şəhər sakini Nuranə Abbasova: "Bu festivalda Türkiyənin, eləcə də Azərbaycanın texnoloji alətləri, pilotsuz uçuş aparatları sərgilənəcək. "Texnofest" festivalı Azərbaycan üçün əhəmiyyətlidir. Burada həm də iki qardaşın - Azərbaycanın və Türkiyənin gücü nümayiş olunur".

Şəhər sakini Elgün Əsgərov: "Bu festival Azərbaycan üçün önəmlidir. Burada Azərbaycanın və Türkiyənin gücü, texnikası nümayiş etdiriləcək. Mən də bu festivalda iştirak etmək istərdim. Düşünürəm ki, bu Azərbaycanın növbəti uğurudur".

Şəhər sakini Tünzalə Bağırova: "Teknofest" festivalının Azərbaycan üçün böyük əhəmiyyəti var. Azərbaycan dövləti onsuz da öz gücünü bütün dünyaya nümayiş etdirib. Düşünürəm ki, bu, dövlətimizi bir daha dünyaya tanıdacaq. Azərbaycanın etdiyi hər bir şey dünyaya bir nümunədir. Məncə bu da dünya üçün bir nümunə olacaq".

Şəhər sakini Sevinc İsmayılova: "Ailəliklə "Teknofest" festivalına getməyi düşünürük. Uşaqlar orada olan aparatları, texnologiyaları görmək istəyirlər. Bundan əlavə də Azərbaycan artıq müasir bir dövlətdir və Azərbaycanda bir çox əhəmiyyətli tədbirlər, festivallar keçirilir. Bu festival da ölkəmiz üçün böyük bir şansdır. Bir daha Azərbaycanı dünyada tanıdacaq".

Şəhər sakini Aqil Məmmədov: "Məncə, bu festival maraqlı olacaq. Azərbaycan üçün əhəmiyyəti var. Düşünürəm ki, bu festival Azərbaycan və Türkiya qardaşlığını daha da möhkəmləndirəcək".

Digər xəbərlər