Bakıda 7-ci Beynəlxalq Sosial Elmlər Konqresi keçirilir. SİA-nın verdiyi məlumata görə, tədbir Azərbaycan Respublikasının Milli Məclisi, Türkiyə Böyük Millət Məclisi və Beynəlxalq Balkan Universitetinin birgə təşkilatçılığı ilə keçirilir. Əvvəlcə tədbirdə Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyətinin Dövlət Himnləri səsləndirilib.Tədbirdə açılış nitqi ilə çıxış edən ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev bildirib ki, bugünkü konqres ADA Universitetində keçirilir: “Burada maraqlı və məhsuldar müzakirələr keçiriləcək. Bugünədək 6 forum olub. Onlar İspaniya, Ruminiya, Türkiyə, Makedoniya və Özbəkistanda keçirilib. 7-ci konfrans isə Bakıda keçirilir. Bu toplantı akademik əlaqələrimizi genişləndirəcək”.
Arzu Qurbanlı