PDF Oxu

Sosial

  • 4 410

Azərbaycanla Rusiya arasında quru sərhədlərinin açılmasına CƏMİYYƏTİN BAXIŞI - SORĞU

Azərbaycanla Rusiya arasında quru sərhədlərinin açılmasına CƏMİYYƏTİN BAXIŞI - SORĞU

Hər kəsə məlumdur ki, pandemiya ilə əlaqədar olaraq quru sərhədləri bir müddətdir bağlı idi. Artıq pandemiya yavaş-yavaş həyatımızdan çıxdığı üçün quru sərhədləri də açılmağa başlayır. İlk öncə isə Rusiya ilə quru sərhədlərinin açılması gözlənilir.
Biz də SİA olaraq, əhalinin bu məsələ ilə bağlı fikirlərini öyrəndik:


Şəhər sakini Mirhətəm Heydərov:
“Bütün dünya ölkələrinin bir-biri ilə sərhəd əlaqələri açıq olmalıdır. Çünki həm iqtisadi, həm də digər baxımlardan əhəmiyyətlidir. Bizim ölkəmizdən də 3 milyondan çox insan Rusiyaya işləmək üçün yollanır, bu da əhalinin sosial rifahının yüksəlməsinə səbəb olur. Buna görə də düşünürəm ki, təkcə Rusiya ilə yox, Gürcüstan, İran, Türkiyə ilə də quru sərhədlər açılmalıdır”.


Şəhər sakini Anar Alinhümbətov:
“Düşünürəm ki, pandemiyanın yenidən qayıtma ehtimalı var. Çünki bir virus bitir, digəri başlayır. Buna görə də daha ehtiyatlı olmaq lazımdır. Bu səbəbdən də təxminən 1 ilə yaxın müddət daha sərhədlərin bağlı qalmasının yaxşı olduğunu düşünürəm”.

Şəhər sakini Gülü Əliyeva:
“Biz gedə bilmirik, amma övladlarımızın gedib oxuması, işləməsi üçün sərhədlərin açılması çox yaxşıdır. Buna görə də bu məsələyə müsbət yanaşıram”.


Şəhər sakini Elməddin Şahıyev:
“Düşünürəm ki, quru sərhədlərinin artıq hamısı açılmalıdır. Bu, çox əhəmiyyətlidir. Düzdür, bəlkə də yenidən virus arta bilər, amma hər bir halda sərhədlərin açılmasının əhəmiyyəti var”.


Şəhər sakini Çərkəz Şahbazov:
“Rusiya ilə bizim hər zaman əlaqələrimiz olub. Hazırda da 2 milyondan çox vətəndaşımız orada işləyir. Bütün bunları nəzərə aldıqda quru sərhədlərinin açılmasının böyük əhəmiyyəti var”.

Digər xəbərlər