PDF Oxu

Sosial

  • 2 050

“Formula 1" ilə bağlı sürücülərə müraciət edildi - DİQQƏT!

“Formula 1" ilə bağlı sürücülərə müraciət edildi - DİQQƏT!

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) “Formula 1" ilə bağlı sürücülərə müraciət edib. NİİM-dən SİA-ya daxil olan müraciətdə deyilir:

"Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yollarda müşahidə olunan son vəziyyətlə bağlı məlumatları təqdim edir və eyni zamanda sürücülərə müraciət edərək paytaxtımızda qonaqpərvərlik mühitinin qorunması üçün “Formula 1 Azərbaycan Qran Pri” yarışı ilə əlaqədar yollardakı müvəqqəti xarakter daşıyan dəyişiklik və məhdudiyyətləri anlayışla qarşılamağı, şəhər mərkəzinə şəxsi nəqliyyat vasitələri ilə getməməyi, daha çox ictimai nəqliyyata üstünlük verməyi, həmçinin dayanma-durma qaydalarına ciddi riayət olunmasını xahiş edir. Qeyd olunanlar sıxlıqların yaranmaması baxımından mühüm əhəmiyyət kəsb edir".

Digər xəbərlər