Sosial

  • 2 033

Aqiyə Naxçıvanlı Oğuzda növbəti dəfə seçiciləri ilə qəbul keçirib

image

Hər ay mütəmadi olaraq seçicilərlə görüş keçirən deputat Aqiyə Naxçıvanlı iyun ayında da Oğuz rayonunda onları fərdi şəkildə qəbul edib və müraciətlərini dinləyib.

Oğuz və Qəbələ rayonlarından qəbula gələn seçicilər sosial-məişət problemləri ilə yanaşı əfv, təhsil, sahibkarlığa dəstək, turizm və sair məsələlərlə bağlı deputata müraciətlər ediblər. Müraciətlərin əksəriyyəti yerindəcə həllini tapıb, digərləri aidiyyəti üzrə müvafiq orqanlara yönələndirilib və bəzi vətəndaşlara isə hüquqları izah olunub.

Qəbula gələn seçicilər onların müraciətlərinin dinlənilməsinə və həlli üçün göstərilən köməkliklərə görə deputat Aqiyə Naxçıvanlıya razılıqlarını ifadə edib, onlarla keçirilən hər görüşün ölkə Prezidenti cənab İlham Əliyevin çıxışlarında vurğuladığı kimi – “vətəndaş-məmur münasibətlərində yeni düşüncə tərzinin formalaşdırılması və bu münasibətlərin sağlam zəmində qurulması” prinsiplərinə sadiqliyin ifadəsi olduğunu bildiriblər.

Digər xəbərlər