Sosial

  • 2 169

Hacıqabulda Qurtuluş Günü münasibətilə "Breyn-Rinq" intellektual yarışı keçirilib FOTOLAR

image

Yeni Azərbaycan Partiyası Hacıqabul rayon təşkilatı və Hacıqabul rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 15 İyun Milli Qurtuluş Günü münasibətilə Hacıqabul rayon idarə və müəssisələrində çalışan əməkdaşlar arasında "Breyn-Rinq" intellektual yarışı keçirildi. YAP Hacıqabul rayon təşkilatının sədri Elnur Əmirəslanov çıxış edərək Milli Qurtuluş Günün mahiyəti barədə məlumat verdi və bildirdi ki, Azərbaycan xalqının taleyində böyük əhəmiyyəti olan günlərdən biri və ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür.

Bu əlamətdar gündən ötən 29 il Azərbaycanın qurtuluş və zəfər dövrüdür. O,ç ıxışının sonunda yarış iştirakçılarına uğurlar arzuladı. Hacıqabul rayon İcra Hakimiyyəti Başçısının müavini Xuraman Məmmədova 15 iyin Milli Qurtuluş Günün əhəmiyyəti, bu bayramın tarixi haqqında ətraflı çıxış etdi və sonda yarış iştirakçılarına uğurlar arzuladı. Hacıqabul rayon Gənclər və İdman İdarəsinin rəis əvəzi Zimistan Qurbanov çıxış edərək Milli Qurtuluş Günü möhtəşəmliyi və əzəməti ilə xalqımızın taleyində özünəməxsus yeri olan, müstəqil dövlətimizin son dərəcə önəmli ictimai-siyasi və tarixi hadisəsi olduğunu bildirdi. İntellektual yarışın iştirakçılarına uğurlar arzuladı.

İntellektual yarışda Hacıqabul rayon təhsil işçilərinin "Müstəqilliyimizin memarı - Heydər Əliyev" komandası 1-ci yeri, "Aysberq" komandası 2-ci yeri, Hacıqabul rayon İcra Hakimiyyətinin "Zəfər" komandası isə 3-cü yeri qazandı. Yarışda ümumilikdə 10 komanda iştirak edirdi. Qaliblər YAP Hacıqabul rayon təşkilatının və rayon Gənclər və İdman İdarəsinin diplomları və Kubokla təltif edildilər.

Digər xəbərlər