Sosial

  • 2 467

Bu ilin altı ayı ərzində Ağdaşda 102 iş yeri açılıb

image

Regionların sosial-iqtisadi inkişafına göstərilən dövlət dəstəyi, iqtisadiyyatın şaxələndirilməsi Ağdaş rayonunda da yeni iş yerlərinin açılmasına, əhalinin məşğulluğunun artmasına şərait yaradır. Təkcə cari ilin altı ayında rayonda 102 yeni iş yeri açılıb ki, açılan iş yerlərinin hamısı daimidir.SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Rayon Statistika İdarəsindən bildirilib ki, yarım ildə açılan iş yerlərinin 67-i istehsal, 35-i isə xidmət sahələrində fəaliyyət göstərən müəssisələrdə olub.

sia.az

Digər xəbərlər