Sosial

  • 3 456

Naftalanda qanvermə aksiyası keçirilib

image

Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə irsi qan (talassemiya, hemofiliya) və digər qan xəstəliklərindən əziyyət çəkən vətəndaşlarımıza yardım məqsədilə qanvermə aksiyası keçirilib.Naftalanlılar ənənə halını alan bu nəcib və humanist xarakterli aksiyaya qoşularaq fəallıq nümayiş etdiriblər.SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Qan Bankının tibb briqadasının hematoloqları tərəfindən hər bir donor tibbi müayinədən keçdikdən sonra, onlardan qan analizi götürülüb və aksiyaya qoşulması ilə bağlı rəy verilib.Aksiyada Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı və aparatın əməkdaşları, şəhərdə fəaliyyət göstərən idarə, müəssisə, təşkilatların sağlamlığı imkan verən işçiləri, könüllülər iştirak ediblər.

sia.az

Digər xəbərlər