"Sosial şəbəkələrdə insanların psixologiyasına birbaşa təsir edən, saxta informasiyalar, paylaşımlar üzrə qurulan savaşdayıq. Saxta informasiya və məlumat yayan şəxslər kimi gəldi hədəf götürürlər". Bu sözləri SİA-ya açıqlamasında media eksperti Azər Həsrət deyib.
Onun sözlərinə görə, hədəfə götürdükləri insanların adından demədikləri sözləri yayırlar: "Həmin paylaşımların barəsində linç kampaniyası aparırlar. İnsanların ailələrinə qədər müdaxilə edirlər. Bütün bunlar gözümüzün qarşısında baş verir. Təəssüflər olsun ki, bu hal getdikcə genişlənir. Artıq Azərbaycan dövləti sosial media qeydiyyat məsələsinə şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçmək kimi tələb gətirilməlidir. Bu tələb olmadıqda kim gəldi qeydiyyatdan keçərək özünə saxta profil açır. Həmin saxta profil vasitəsilə yalan, doğru olmayan informasiya yayaraq ictimai rəyi çaşdırmağa çalışan, cəmiyyəti qarşıdurmalara sürükləyən, ayrı-ayrı şəxslərin şıxsi həyatına müdaxilə xarakterli paylaşımlar edən insanlar bunun qarşılığında hansı məsuliyyəti daşıyacağı bilməlidir. Bunun mümkün olması üçün sosial mediada qeydiyyat şəxsiyyət vəsiqəsi, pasport və ya onlara bərabər tutulan sənədlə gerçəkləşməlidir. Düşünürəm ki, dünya bu məsələdən elə əziyyət çəkir ki, belə bir tətbiq gerçəkləşdirilsə, bunun çox ciddi faydası və nəticəsi ola bilər”.
Arzu Qurbanlı
Bu mövsüm ayaq biləyi çəkmələri hansı dəyişikliklərə məruz qalıb və stilistlər ağ idman ayaqqabılarının əvəzedicisi kimi indi nə təklif edirlər?
Cinayət hekayələri və detektivlərin pərəstişkarları analitik bacarıqlarını sınaya bilərlər...