Sosial

  • 6 721

Gəncəli şəhid ailələri İmişli şəhidlərini ziyarət ediblər

image

4 sentyabr 2022-ci ildə Gəncə şəhərindən olan 30 şəhid ailəsi İmişli rayonuna səfər edərək İmişli rayon Şəhidlər Xiyabanını və bir qrup şəhid ailəsini ziyarət ediblər. SİA-nın verdiyi məlumata görə, səfər edən şəhid ailələri İmişli rayon Şəhidlər Xiyabanında YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, İmişli RİH əməkdaşları, ARAN Regional Elektrik Təchizatı və Satışı İdarəsinin rəis müavini, YAP fəalı Saleh Səmədov, şəhid ailələri və qazilər tərəfindən qarşılanıb.Qarşılanma mərasimində çıxış edən YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev şəhid ailələrinə “xoş gəldin” deyərək bildirib ki, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş əsgərlərin xatirəsi daima yaddaşlarda qalacaq. Məhz onların göstərdiyi şücayət nəticəsində uzun illərdir işğal edilmiş torpaqlarımız bu gün işğaldan azad olunmuşdur. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə gedən döyüşlərdə ordumuz bir daha dünyaya qüdrətini sübut etmişdir, şəhidlərimizin qanı yerdə qalmamışdır. Ölkəmizdə şəhid ailələrinin, müharibə əlillərinin problemləri daim diqqət mərkəzindədir və son illər ərzində bu istiqamətdə çox böyük işlər görülüb.Çıxış edən ARAN Regional Elektrik Təchizatı və Satışı İdarəsinin rəis müavini, YAP fəalı Saleh Səmədov qeyd edib ki, Azərbaycan xalqı şəhidlərimizin xatirəsini daim yad edəcək, onların qəhrəmanlıqlarından hər zaman söhbət açacaqlar.Şəhid ailələri respublikamızda onlara göstərilən diqqətə və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildiriblər.İmişli rayon Şəhidlər xiyabanı və şəhid ailələrindən bir qrupunun evləri ziyarət olunduqdan sonra YAP fəalı Saleh Səmədovun maliyyə dəstəyi ilə İmişli şəhər “Kral” şadlıq sarayında şəhid ailələri və qazilər üçün ehsan süfrəsi təşkil olunub.

sia.az

Digər xəbərlər