Sosial

  • 4 293

"Diqqət uşaqlar" devizi altında tədbir keçirilib

image

Daxili İşlər Nazirliyinin müvafiq göstərişinə əsasən respublika ərazisində “Diqqət, uşaqlar!” adı altında hərəkətin təhlükəsizliyi aylığı keçirilir. DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan SİA-ya verilən məlumata görə, bu istiqamətdə Xaçmaz Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayonun Zərifə Əliyeva adına olan 8 nömrəli tam orta məktəbində hərəkət iştirakçılarının maarifləndirilməsi məqsədilə tədbir keçirilib.Tədbirdə çıxış edən RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin əməkdaşı, polis kapitanı Elçin Tağıyev bildirib ki, bu cür maarifləndirici tədbirlərin keçirilməsində əsas məqsəd şagirdləri yol hərəkəti təhlükəsizliyi qaydaları ilə tanış etmək və yeniyetmələrin iştirakı ilə baş verə biləcək yol qəzalarının qarşısını almaqdır. O, şagirdlərə yollarda quraşdırılan yol nişanları, işıqforlar və piyada keçidlərinin əhəmiyyətindən danışıb, nişanlardan düzgün istifadə qaydaları haqqında məlumat verib. Şagirdlərə hərəkətin sıx və intensiv olduğu küçələrdə hərəkət edərkən daha ehtiyatlı olmalarını başa salan E.Tağıyev yol ayrıclarında piyada keçidlərindən istifadə etməyin zəruriliyini bildirib.Tədbirin sonunda polis əməkdaşları tərəfindən şagirdlərə təhlükəsizlik qaydaları əyani şəkildə izah olunub.Sonda dinləyiciləri maraqlandıran suallar cavablandırılıb.

sia.az

Digər xəbərlər