Sosial

  • 6 067

Türkiyə-Azərbaycan qardaşlığı, birliyi daha yüksək pilləyə yüksələcək - ŞƏRH

image

Azərbaycan və Türkiyə bayraqları bir yerdə dalğalanır. Bu, ürəkdən gələn duyğulardır, bu, əcdadlarımızdan qalan mirasdır, onların vəsiyyətidir və bu, zəmanəmizin tələbidir. Bütün sahələrdə müttəfiq olduq. Türkiyə-Azərbaycan birliyi bölgədə çox önəmli bir amildir. Bu, sülh, sabitlik amilidir.Türkiyədəki sabitlik, inkişaf göz qabağındadır. Bu gün dünyanın bir çox ölkələrində böhran yaşanır, ölkələr idarəolunmaz vəziyyətə düşür, iqtisadi çətinliklər, sıxıntılar insanların haqlı etirazına səbəb olur. Türkiyə isə inamla irəliləyir, nəhəng layihələr gerçəkləşdirir, bölgədə söz sahibidir, dünyada önəmli güc mərkəzidir. Hər kəs bununla hesablaşmalıdır.Bu gün Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təntənəsidir. Türkiyə kimi qüdrətli ölkə bizim qardaşımızdır, bu, bizim üçün böyük xoşbəxtlikdir. İkinci Qarabağ savaşı, savaşdan sonrakı dövr bu birliyi daha da gücləndirdi.

Vətən-hər qarışı,hər zərrəsi bizim üçün əziz və doğma olan ,hər çiçəyinə,ağacına ,daşına bir qayğı ilə yanaşdığımız yurd ,el ,obadır. Ayrı düşdüyümüz torpağa -Qarabağa hamımız qayıdacağıq. Keçmiş qaçqınların qayıdışı üçün əlimizdən gələni edirik, gecə-gündüz çalışırıq və bu bərpa-quruculuq işlərində türk qardaşlarımız bizimlə bir yerdədirlər.Yalnız dağılmış binalar qalıb. Bu dağıntılar Birinci Qarabağ savaşında deyil, məhz işğal dövründə ermənilər tərəfindən törədilmişdir. Azərbaycan xalqına qarşı nə qədər nifrət var idi ki, bütün binaları yerlə-yeksan etdilər. Bunun əsas məqsədi ondan ibarət idi ki, azərbaycanlılar heç vaxt bu torpaqlara qayıtmasınlar, qayıtmağa yer olmasın. İkinci Qarabağ savaşının ilk saatlarından Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Azərbaycana dəstək ifadə etdi. Bildirdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır.Bu siyasi və mənəvi dəstək savaşın son gününədək davam etdi və hal-hazırda edir.Türkiyə şirkətləri qısa müddət ərzində böyük işlər görüb. Avtomobil və dəmir yollarının, habelə 33 tunelin inşası nəzərdə tutulmuşdur. Tunellərin ümumi uzunluğu 50 kilometrdən çoxdur, 84 körpü tikiləcək, onların bir qismi inşa edilmişdir. Körpülərin ümumi uzunluğu 12 kilometrdir. Qarabağı və Şərqi Zəngəzuru tam bərpa etmək üçün daha böyük işlər görüləcək və biz bunu edəcəyik.

Zəngilanın azad olunmasından bir neçə gün sonra Qubadlı erməni işğalından azad edildi və Azərbaycan Ordusunun bir qruplaşması Laçın istiqamətində irəliləməyə başlamışdı, digər qruplaşma isə Şuşaya istiqamət götürmüşdü. Alınmaz qala sayılan Şuşa noyabrın 8-də erməni işğalından azad edilmişdir, Azərbaycan Bayrağı qaldırılmışdır və ondan sonra Ermənistan təslim oldu.Torpaq əsl sahiblərinə qovuşdu.

Vaxtilə ümummilli lider Heydər Əliyevin dediyi kimi,yol inkişafdır,tərəqqidir. Bununla əlaqədar olaraq dağıdılmış,viran qoyulmuş torpaqlara ilk öncə yol çəkildi.Əlverişli ərazilərə isə hava limanları inşa edildi.Hava limanının açılışı Qarabağ və Şərqi Zəngəzur üçün çox önəmli hadisədir. Azərbaycan Ordusu 2 il bundan əvvəl Zəngilan şəhərini azad etdi və məhz belə bir gündə Türkiyə Prezidentinin Azərbaycanda, Zəngilanda və Cəbrayılda olması xüsusi məna daşıyır. Genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, o cümlədən bölgənin birinci özəl sərmayəsi olan “Dost Aqropark”da qeyd olunmalıdır.

Oktyabr 20-si 2022-ci il Cəbrayılda verdiyi bəyanatda qeyd etdiyi kimi, haqq zəfər çaldı.Müzəffər Azərbaycan ordusu zəfər çaldı.Düşmənin beli sındı.Düşmən torpaqlarımızdan qovuldu.Azərbaycan bayrağı işğaldan azad olunmuş torpaqlarda qaldırıldı və əbədi olaraq dalğalanacaq.Əlbəttə, Türkiyə bayrağı ilə bərabər,türk qardaşlarımızla bərabər,çiyin–çiyinə quracağıq,bərpa edəcəyik, yaradacağıq.Qarabağı dirçəldəcəyik.

Xəzər rayonu,
26 saylı tam orta məktəbin müəllimi
Gülnisə Mövsümova,

Digər xəbərlər