Sosial

  • 4 877

Gədəbəydə qalib komandalar mükafatlandırıldı

image

23 Oktyabrın 2022 -ci il tarixdə Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illiyinə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual oyununa start verilib. D qrupunda YAP yerli şəhər və rayon təşkilatlarını təmsil edən11 (Gəncə, Xocalı , Daşkəsən, Kəlbəcər, Göygöl, Samux, Ağstafa, Gədəbəy , Qazax, Şəmkir, Tovuz ) komandanın iştirakı ilə keçirilən intellektual oyunun seçmə mərhələsi üzrə yarışlar Şəmkir rayon Gənclər evində təşkil olunmuşdur. Komandaları ümumilikdə təmsil edən 88 nəfər gənc ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Yeni Azərbaycan Partiyasının 30 illik tarixi, 44 günlük Vətən müharibəsində qazanılmış tarixi qələbə və ölkəmizin müasir tarixində baş verən mühüm hadisələrlə əlaqədar sualları cavablandırıblar. Qrup üzrə 3 -(Gəncə, Tovuz, Gədəbəy) qalib komanda 06.11.2022-ci il tarixində Gülüstan Sarayında keçiriləcək final mərhələsinə vəsiqə qazanıblar.Qalib komandaları təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzu edirəm.

sia.az

Digər xəbərlər