Sosial

  • 5 434

Lökbatan qəsəbəsində Şəhid Quliyev Fəridin anım mərasimi keçirilib

image

Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törədilən genişmiqyaslı təxribatın qarşısı alınarkən şəhid olmuş Quliyev Fərid Vahid oğlunun 40 mərasimi keçirilib. Şəhidin mərasimində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Şəhidin ailə üzvləri, qazilər, Qaradağ Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Ədalət Abbasov, Dövlət Təhlükəsizliyi Xidmətinin Qaradağ Rayon İdarəsinin rəisi Samir Həsənov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ Rayon İdarəsinin rəisi Vüqar Seyidov, rayon icra hakimiyyəti başçısının müavinləri, icra hakimiyyətinin məsul əməkdaşları və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Əvvəlcə Şəhidin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmiş, məzarı önünə gül dəstələri qoyulub. Daha sonra şəhidin ailəsi ziyarət olunub. Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısından söz açıb.

Şəhidin valideyinləri dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razı olduqlarını bildirib, Prezident, Ali Baş Komandan İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını ifadə ediblər.

Digər xəbərlər