Sosial

  • 5 263

Jurnalistlər üçün təlim keçirilib

image

Dövlət Neft Fondunun və Azərbaycan Mərkəzi Bankının birgə təşkilatçılığı ilə mətbuat nümayəndələri üçün "İcmal büdcənin formalaşmasında ARDNF-nin rolu”, ”Qlobal iqtisadi trendlər və ARDNF-nin investisiya fəaliyyəti" və “Uçot dərəcəsi qərarının iqtisadiyyata təsirləri” mövzularında təlim keçirilib.Təlim iştirakçılarına ölkədə icmal büdcənin formalaşmasında ARDNF-nin rolu, mövcud qlobal iqtisadi münasibətlər şəraitində ARDNF-nin investisiya fəaliyyətinin xüsusiyyətləri, həmçinin Mərkəzi Bankın pul siyasətinin mahiyyəti və alətləri, uçot dərəcəsinin əsas pul siyasəti aləti kimi rolu və əhəmiyyəti, uçot dərəcəsilə bağlı siyasət qərarlarının maliyyə, o cümlədən pul bazarına təsiri, pul siyasətinin transmissiya mexanizmi barədə ətraflı məlumat verilmiş, mövzularla bağlı təhlili materiallar təqdim olunub. Təlim zamanı jurnalistləri maraqlandıran suallar cavablandırılıb.

Mətləb

Digər xəbərlər