PDF Oxu

Sosial

  • 6 071

Azərbaycan Yazıçılar Birliyinin Qurultayı başlayıb

Azərbaycan Yazıçılar Birliyinin Qurultayı başlayıb

Azərbaycan Yazıçılar Birliyinin (AYB) XIII Qurultayı keçirilir. SİA xəbər verir ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçirilən Qurultayda AYB-nin dəvətilə Türkiyə, Rusiya, Litva, İsrail, Pakistan, Gürcüstan, Almaniya, İraq, Belarus və İrandan 20-dən çox qonaq iştirak edir.Qurultayda AYB-nin sədri vəzifəsinə seçki keçiriləcək. Birliyin sədrliyinə üç namizədin adı məlumdur. Onlar Xalq yazıçısı Anar Rzayev, şairlər Emil Rasimoğlu və Fuad Cəfərlidir.XIII qurultaya AYB rəhbərliyi – 6 nəfər (sədr Anar, birinci katib Çingiz Abdullayev, sədrin müavini Rəşad Məcid, katiblər Elçin Hüseynbəyli, Səlim Babullaoğlu, İlqar Fəhmi), Ağsaqqallar Şurasının üzvləri – 19 nəfər, İdarə Heyətinin üzvləri – 24 nəfər, Gənclər Şurasının üzvləri – 21 nəfər, seksiya rəhbərləri – 6, bölmə rəhbərləri – 19 və bölmələrdən və seksiyalardan seçilənlər də əlavə olunmaqla ümumilikdə 330 nəfər nümayəndə müəyyənləşib.AYB-nin hazırki sədri Xalq yazıçısı Anar Rzayevdir.

sia.az

Digər xəbərlər