Sosial

  • 8 178

YAP-ın yaradılmasının 30 illiyinə həsr olunmuş şahmat turnirinə start verilib

image

Oktyabrın 29-da Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 30 illiyinə həsr olunmuş şahmat turnirinə start verilib.

Respublikanın 76 şəhər və rayonunun təmsil olunduğu turnirdə ümumilikdə 80-i kişi və 80-i qadın olmaqla 160 nəfər gənc iştirak edir. 10 qrupda təşkil olunan görüşlər Bakı, Xaçmaz, İmişli, Ucar, Gəncə, Yevlax, İsmayıllı, Şirvanda keçirilib.

Turnirin qrup mərhələsində qalib gələn iştirakçılar noyabrın 7-də Ucar rayonunda keçiriləcək “play-off” mərhələsinə vəsiqə qazanıblar.

Digər xəbərlər