Sosial

  • 5 819

Ağdamda ağacəkmə aksiyası keçirilib

image

Respublikamızın hər yerində olduğu kimi, Yeni Azərbaycan Partiyasının yaradılmasının 30-cu ildönümü münasibətilə keçirilən silsilə tədbirlər çərçivəsində Ağdam rayonunda da 11 noyabr 2022-ci il tarixdə ağacəkmə aksiyası keçirilib.Ağacəkmə aksiyasında Ağdam rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənov, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, YAP fəalları, ərazi partiya təşkilatının sədrləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.Aksiya zamanı Şəhidlər Abidə Kompleksinin və Bayraq Meydanının ətrafında 300-dən çox müxtəlif növ, şam, akasiya və çökə ağacları əkilib.

Zümrüd Bayramova

Digər xəbərlər