PDF Oxu

İdman

  • 654

Baş məşqçi ol, ildə 7 milyon avro qazan - almanlardan Kloppa TƏKLİF

image

Almaniya Futbol İttifaqı Yurgen Kloppa təklif etdiyi maaş bəlli olub. "Bild" nəşrinin yazdığına görə, baş məşqçiyə illik 7 milyon avro maaşla 4 illik müqavilə təklif edilib. Bildirilir ki, 59 yaşlı mütəxəssis təklifi qəbul edərsə, Almaniya millisinin sabiq çalışdırıcısı Yulian Nagelsmandan daha yüksək maaş alacaq.

Qeyd edək ki, Klopp hazırda "Red Bull" şirkətində beynəlxalq əlaqələr üzrə direktor vəzifəsində çalışır. Daha əvvəl isə 2015-2024-cü illərdə "Liverpul"un baş məşqçisi olub.

Mətləb