Oktyabrın 28-də Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin partiyanın VIII Qurultayındakı nitqində irəli sürdüyü vəzifələrə həsr olunmuş müşavirə keçirilib.
YAP Qaradağ rayon təşkilatının təşkilatçılığı ilə keçirilən müşavirədə partiyanın rayon təşkilatının sədri İlqar İlyasov, qəsəbədə yerləşən müəssisə və təşkilatların rəhbərləri, təhsil və səhiyyə işçiləri, ziyalılar, ağsaqqallar, partiya fəalları, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Müşavirəni açan YAP Qaradağ rayon təşkilatının sədri, VIII Qurultayın nümayəndəsi İlqar İlyasov Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin partiyanın VIII Qurultayında səsləndirdiyi fikirlərin əhəmiyyətindən danışıb. Bildirib ki, dövlətimizin başçısının nitqi ölkənin gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi, siyasi sabitliyin qorunması və milli maraqların təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.
YAP rayon təşkilatının sədri VIII Qurultayın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən sonra keçirilən ilk qurultay olduğunu vurğulayıb və Partiya Sədrinin nitqini qarşıdakı illər üçün strateji yol xəritəsi kimi dəyərləndirib. O, nitqdən irəli gələn vəzifələri diqqətə çatdıraraq bildirib ki, bunların sırasında qurultay materiallarının ilk partiya təşkilatlarında formal yox, canlı müzakirə formatında öyrənilməli, ideoloji iş müasir formada qurulmalı və sosial şəbəkələrdə fəallığın artırılmalıdır. Həmçinin tarixi yaddaşın qorunmasını və gənclərlə işin gücləndirilməsini, şəhid ailələrinə, qazilərə və veteranlara qayğını, “Böyük Qayıdış” Proqramına dəstəyi və Azərbaycan dilində keyfiyyətli informasiya məkanının yaradılmasını qarşıda duran vacib vəzifələrdən olduğunu qeyd edib.
YAP Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov, həmçinin Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatında rolundan, rayon təşkilatının qarşısında duran vəzifələrdən və bu istiqamətdə görüləcək işlərin əhəmiyyətindən danışıb. O, partiya üzvlərinin dövlət siyasətinin əsas istiqamətlərinin təbliğində, cəmiyyətlə əlaqələrin gücləndirilməsində və gənclərin ictimai fəallığının artırılmasında üzərlərinə düşən vəzifələri diqqətə çatdırıb.
Müşavirədə digər çıxış edənlər - 320 №-li tam orta məktəbin tarix müəllimi Şəhriyar Hüseynov və 274 №-li tam orta məktəbin tarix müəllimi Aqiyə Zayıdova
Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında səsləndirdiyi fikirlərin əhəmiyyətindən danışıblar.
Çıxışlarda ölkənin ictimai-siyasi həyatında baş verən proseslər, dövlətçilik ənənələrinin qorunması, milli maraqların təmin edilməsi və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinin vacibliyindən bəhs edilib. Natiqlər, həmçinin təhsil müəssisələrinin cəmiyyətin inkişafında rolunu vurğulayaraq, şagirdlər və gənc nəslin digər nümayəndələri arasında milli-mənəvi dəyərlərin təbliğinin və dövlətçilik düşüncəsinin gücləndirilməsinin əhəmiyyətindən söhbət açıblar.
Müşavirədə Prezident İlham Əliyevin çıxışında irəli sürülən məsələlərin müzakirə olunub, qarşıda duran vəzifələr və onların həyata keçirilməsində partiya üzvlərinin məsuliyyəti barədə fikir mübadiləsi aparılıb.