PDF Oxu

Siyasət

  • 463

YAP-ın VIII Qurultayı - ərazi partiya təşkilatında müşavirə keçirilib

YAP-ın VIII Qurultayı - ərazi partiya təşkilatında müşavirə keçirilib

Yeni Azərbaycan Partiyası Nəsimi Rayon Təşkilatı “Mirəli Qaşqay küçəsi 145” (Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzi) və “Feyzulla Qasımzadə 65” (Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Qan Bankı) ünvanında yerləşən ərazi partiya təşkilatının akt zalında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərə həsr olunmuş müşavirə keçirilib.

Öncə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov VIII Qurultayın Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpasından sonra keçirilməsinin tarixi əhəmiyyətini vurğulayıb. O, Prezident İlham Əliyevin qurultaydakı çıxışında irəli sürdüyü mühüm vəzifələrə toxunaraq, ideoloji işin müasir tələblərə uyğun qurulmasının, sosial şəbəkələrdə fəallığın artırılmasının, tarixi yaddaşın qorunmasının və gənclərlə işin gücləndirilməsinin vacibliyini qeyd edib. Həmçinin şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğının davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.

Azər Süleymanov bildirib ki, Prezident İlham Əliyevin çıxışında müəyyənləşdirilən strateji istiqamətlər partiyanın gələcək fəaliyyətinin əsas prioritetlərini təşkil edir. Bu baxımdan, milli maraqların qorunması, dövlətçilik ideyalarının təbliği, informasiya mübarizəsində fəallığın artırılması və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi hər bir partiya üzvünün qarşısında mühüm vəzifələr qoyur. O, partiyanın cəmiyyətlə əlaqələrinin daha da möhkəmləndirilməsinin, təşəbbüskarlığın artırılmasının və dövlət siyasətinin mahiyyətinin ictimaiyyətə düzgün çatdırılmasının vacibliyini diqqətə çatdırıb.

“Feyzulla Qasımzadə 65” (Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Qan Bankı) ünvanı üzrə yerləşən ərazi partiya təşkilatının sədri, Respublika Qan Bankının icraçı direktoru Elxan Nağıyev çıxışında Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatındakı rolundan, Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, tarixi Zəfərin qorunması və ölkəmizin hərbi qüdrətinin daha da gücləndirilməsi istiqamətində atılan mühüm addımlardan söz açıb, Azərbaycanın milli maraqlara əsaslanan xarici siyasəti, beynəlxalq mövqelərinin möhkəmləndirilməsi, müasir dövrdə ideoloji işin yenilənməsi və informasiya təhlükəsizliyinin təmin edilməsi məsələlərinə diqqət çəkib.

Müşavirədə çıxış edən Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzinin icraçı direktoru Sərdar Əsədov VIII Qurultayın ölkənin gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində mühüm rol oynadığını qeyd edib. O, Azərbaycanın qazandığı tarixi uğurların qorunmasının, dövlətçiliyimizin daha da gücləndirilməsinin və milli maraqlarımızın etibarlı şəkildə müdafiə olunmasının vacibliyini vurğulayıb. Eyni zamanda, müasir dövrdə informasiya təhlükəsizliyinin qorunması, milli dəyərlərə sahib çıxılması və ölkənin davamlı inkişafı naminə hər kəsin üzərinə düşən məsuliyyətə diqqət çəkib.

Yeni Azərbaycan Partiyası Nəsimi Rayon Təşkilatı “Mirəli Qaşqay küçəsi 145” (Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzi) ünvanı üzrə yerləşən ərazi partiya təşkilatının sədri, Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Tibbi sığorta və xəstə xidmətləri şöbəsinin müdiri Murad Köçərli çıxışında Yeni Azərbaycan Partiyasının VIII Qurultayının əhəmiyyətindən danışaraq, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasını mühüm tarixi nailiyyət kimi qeyd edib. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi uğurları vurğulayıb, güclü ordunun yaradılması, iqtisadi müstəqilliyin möhkəmləndirilməsi, eləcə də hərbi, informasiya və ideoloji təhlükəsizliyin təmin olunmasının vacibliyini diqqətə çatdırıb.

Müşavirədə çıxış edən tibb elmləri doktoru, professor Mireldar Babayev VIII Qurultayda müəyyən edilən prioritetlərin ölkəmizin gələcək inkişafı baxımından əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, Azərbaycanın qazandığı nailiyyətlərin davamlı olması üçün dövlətin gücünün artırılması, cəmiyyətin birliyi və milli maraqların qorunması xüsusi önəm daşıyır. Həkim həmçinin sağlam və təhlükəsiz cəmiyyətin formalaşmasında vətəndaş məsuliyyətinin, düzgün məlumatlandırmanın və milli dəyərlərə bağlılığın mühüm rol oynadığını bildirib.

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

Digər xəbərlər