ABŞ peyki yanvarın 8-də axşam saatlarında Yerin atmosferinə daxil olub. SİA xarici KİV-ə istinadən xəbər verir ki, onun fraqmentləri planetin səthinə düşə bilər.NASA-nın məlumatına görə, peykin böyük hissəsi atmosferdən keçən zaman yanacaq, lakin bəzi komponentlərin Yerə düşməsi mümkündür.“Qalıqların Yer kürəsində nəyəsə zərər vurması riski çox aşağıdır, təxminən 9400-də 1-dir”, - qurumdan bildirilib.Qeyd edək ki, Yerdəki radiasiya səviyyəsini tədqiq edən ABŞ peyki ERBS, NASA-nın Yer Radiasiya Təcrübəsi missiyasının üç peykindən biridir. O, 1984-cü ildə “Space Shuttle Challenger” kosmik gəmisilə aşağı Yer orbitinə buraxılıb. Aktiv olmayan peykin çəkisi təxminən 2,5 tondur. Peyk 2005-ci ildə fəaliyyətini dayandırıb.
sia.az
Leypsiq hava limanında baş verən hücumun mümkün təşkilatçısının adı açıqlanıb...
Kreml reallıqla əlaqəsini tamamilə itirib…
İndi növbə Madyarındır...
İnfoqrafika dərc edilib...
Ukrayna artıq buna dözməyəcək...
Hindistan əməliyyatlarda vasitəçi kimi çıxış edə bilər...
...lakin məhkəmələr onları müdafiə edir
“Vıvaldı” əməliyyatı zamanı əsir götürülmüş rusların yeni dəlilləri...