PDF Oxu

Dünya

  • 8 145

Avropanın “ortaq vicdanı” -TƏRS BAXIŞ

image

AŞPA-dakı antiazərbaycan mövqeyi ilə hamımızın yaxşı tanıdığı Jozep Borrell “X” (əvvəlki Twitter) sosial şəbəkəsində, necə deyərlər, ürəkləri yandıran bir paylaşım edib: “Qəzzada baş verənlər hamımızın ortaq vicdanımızda bir yaradır”.

Cənab Borrellə, əgər onun vicdanı, ümumiyyətlə, Avropada ortaq vicdan varsa, onda ona Fələstin-İsrail münaqişəsinin lap əvvəlindən, elə ötən ilin 7 oktyabrından daha kəskin münasibətini bildirməyi xatırladardıq. Ayrıca olaraq, Strasburqda erməni konyakından içib Azərbaycan əleyhinə səy-səy çıxışlar edən borrelkimilər fəsiləsinin ayrı-ayrı növlərinə onların vəzifəsinin rahat kresloda oturub, biznes lançlardan yedikləri zaman bir də müsəlman dünyasında başında bomba partlayan, içməyə su belə tapmayan, on illərlə çadırda, dəmiryolu vaqonlarında, yataqxanalarda yaşayan yüz minlərlə insanların, erməni zülmündən qaçqın düşmüş azərbaycanlıların da olduğunu xatırladardıq. Ortaq vicdan din, dil, milli mənsubiyyət tanımadan hamıda olmalı, məhz insan üçün, hətta insan üçün yaradılmış canlı-cansız təbiət üçün də sızlamalıdır. Oysa ki, hər tərəfdən 300 minədək gənc kişilərin ölümü ilə Ukraynanın (elə işğalçı Rusiyanın da) 30 illik demoqrafik inkişafını indidən geri salmış qardaş qırğınını kənardan seyr edən Qərbin əgər varsa, vicdanında yara yox, Qarabağda basdırılmış ermənı minaları boyda deşiklər açılmalı idi. Yeri gəlmişkən, bu minaların sayı isə 1 milyondur, cənab Borrell.

Qarşıdan isə 26 fevral, bütün dünyanın vicdanını yaralamış “Xocalı soyqırımı” günü gəlir. Görək bu dəfə nə paylaşacaq həmin “ortaq vicdan”!

Əli Cabbarov,

Naxçıvan Dövlət Universitetinin dosenti

Digər xəbərlər

“Ruslar seçkilərdən dəyişikliklər deyil, yeni problemlər gözləyirlər”

Rusiyada nəticəsi əvvəlcədən müəyyən edilmiş parlament seçkiləri davam edir...

Atlantic Council: Ermənistan Putindən üz döndərir...

Ukraynadakı müharibə Kremlin imperiya infrastrukturunu dağıdıb...

Zirehli MAUL robotları cəbhə xəttində işləyir

Ukrayna cəbhə xəttindəki ən təhlükəli nöqtələrdən yaralıları xilas etməyin yolunu tapıb...

WSJ: Putin və Tramp xəyalpərəstdirlər

Onlar müharibələrində qalib gələ bilməzlər...

Putin öz qorxusunun girovuna çevrildi...

Əsas təhlükə təkcə Ukraynadan gələ bilməz...

“Əlvida, Tramp”…

Husilər Bab əl-Məndəbi mədən edirlər və ABŞ prezidenti seçkilərdə uduzmağa hazırlaşır…

Müharibədən sonra Putin üç problemlə üzləşəcək

Bunlardan biri Trampın həll edə bilməyəcəyi və ən başlıcası Beynəlxalq Cinayət Məhkəməsinin həbs qərarıdır...

Rusiya seçkilərdən sonra kəskin şəkildə dəyişəcək

Putin yeni səfərbərlik dalğası hazırlayır…