Rusiyanın MiQ-31K qırıcı təyyarəsi, ehtimal ki, Belarusdakı aerodromlardan birinə uçub. Bu təyyarə "Kinjal" hipersəs raketlərini daşıyır. SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə RBC-Ukrayna "Belarus Qayun" monitorinq qrupuna istinadən məlumat yayıb.
Monitorinq məlumatlarına əsasən, Rusiya Aerokosmik Qüvvələrinə məxsus MiQ-31K qırıcısı Minsk yaxınlığındakı Belarusun Maçulişçi aerodromuna enib.
...Qeyd edək ki, Rusiya Aerokosmik Qüvvələrinin MiQ-31K tipli qırıcıları 2023-cü il aprelin 6-dan Belarusda olmayıb. Eyni zamanda Rusiya və Belarus MiQ-31K-nın uçuşlarını simulyasiya ediblər. Bu da öz növbəsində Ukraynada genişmiqyaslı hava reydlərinə səbəb olub.
MiQ-31K, "Kinjal" hipersəs raketlərinin buraxılması üçün nəzərdə tutulmuş sovet çoxməqsədli MiQ-31 tutma qurğusunun modifikasiyasıdır.
MiQ-31K yüksək dəqiqlikli raketlərdən istifadə etməklə hava hədəflərinin tutulması və yerüstü hədəflərin vurulması missiyalarını yerinə yetirə bilir.
Əli Babayev
Al Bano İtaliyanın baş nazirini kursu dəyişməyə çağırıb...
Əvvəlcə Amerika gəmisi ora yaxınlaşacaq və sonra da...
Baş transplantasiyası ilə məşğul olan çinli cərrah tapılıb. Jen Siaopin adlı cərrah Moskvada iş baçındadır...
Rusiyadakı mənzilini satan Depardie əldə etdiyi pulu Ukraynaya köçürüb. Andrey Xalpaxçinin yüksək səsli bəyanatı...
Ukrayna təcrübəsi göstərir ki, sadə, lakin effektiv həllər var...
Müxalifət vəd edilmiş dəyişikliklərə çağırır...
Respublikaçılar və demokratlar Senatda birgə bəyanat veriblər...
Ukrayna tərəfinə keçən rusiyalı agent rus zabitlərini izləyən bir şəbəkə yaratdı...
Hökumətin reytinqi xeyli aşağı düşüb...