Həmanın itirilməsi Dəməşqdə şoka səbəb olacaq
2011-ci ildə başlayan vətəndaş müharibəsi boyu Bəşər Əsəd rejiminin nəzarətində qalan Həma şəhərinin itirilməsi Dəməşqdə şok dalğaları yaradacaq. SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bunu "The Guardian" yazır.
Həma Suriya diktatorunun iqamətgahının yerləşdiyi Dəməşqin müdafiəsi üçün açardır. Həmanın ələ keçirilməsi Suriyanın ən sıx məskunlaşdığı rayonlarını birləşdirən yolların kəsişdiyi əsas mərkəzi şəhər olan Homsa yol açır. Hama və Homs arasında M5 şossesi və bir neçə kiçik şəhər - Ar Rastan və Tall Bissa boyunca cəmi 40 km-dən az məsafə var.
Həmanın qərbində Rusiya donanmasının Aralıq dənizində yeganə hərbi dəniz bazasının yerləşdiyi Tartus liman şəhəridir. Üsyançılar Homsu ələ keçirsələr, Rusiyanın Tartusdakı bazası Suriyanın mərkəzi bölgəsi ilə əlaqəsi kəsiləcək.
Əli Babayev
Demokratların qələbəsi Ukrayna üçün nəyi dəyişəcək...
Rusiyanın silinməz rüsvayçılığı...
Ola bilər ki, bu, ABŞ prezidentinin özünün razılığı ilə baş verir...
Səsvermənin nəticələri hazırkı prezidentin müasir Amerika tarixində ən böyük məğlubiyyətlərindən biri oldu və...
Belə sistemlər adi freqatlardan min dəfə ucuz ola bilər...
Süni intellekt Amerikada siyasi mübarizə silahına çevrilir...