PDF Oxu

Dünya

  • 3 148

Britaniya ABŞ tarifləri ilə bağlı cavab addımı atmayacaq

image

Britaniya hökuməti ABŞ Prezidenti Donald Trampın polad və alüminium idxalına tətbiq etdiyi tariflərdən narazı olduğunu bildirsə də, Avropa İttifaqından fərqli olaraq, Vaşinqtona qarşı cavab xarakterli ticarət tarifləri tətbiq etməyəcəyini açıqlayıb. SİA yerli mənbələrə istinadən xəbər verir ki, Britaniya hökuməti ölkənin polad sənayesinin kiçik olmasına baxmayaraq, ABŞ-ın müdafiə, neft-qaz və tikinti sahələri üçün ixtisaslaşmış məhsullar istehsal etdiyini, bu səbəbdən tariflərdən azad edilməli olduğunu əvvəlcədən vurğulamışdı.

Tramp isə ötən ay iki ölkə arasında xüsusi ticarət sazişi əldə olunacağı təqdirdə, Britaniyanın bu tariflərdən yayınacağını bildirmişdi. Lakin razılaşma baş tutmadığı üçün Britaniya da Trampın tarif siyasətinə məruz qalıb.

Avropa İttifaqı isə tarif qərarına cavab olaraq, gələn aydan etibarən ABŞ-ın 26 milyard avro (28 milyard dollar) dəyərində məhsullarına qarşı əks tariflər tətbiq edəcəyini açıqlayıb.

Britaniyalı rəsmilər isə hökumətin ABŞ-a qarşı cavab xarakterli tariflər tətbiq etmək əvəzinə, tariflərdən azad olunmaq üçün danışıqlar aparacağını bildiriblər.

"ABŞ-ın bu gün polad və alüminiuma qlobal tariflər tətbiq etməsi məyusedicidir. Biz praqmatik yanaşmaya üstünlük veririk və əlavə tarifləri aradan qaldırmaq, eləcə də Britaniya biznesi və iqtisadiyyatı üçün faydalı olacaq daha geniş iqtisadi saziş bağlamaq üçün ABŞ ilə sürətli danışıqlar aparırıq",- deyə Britaniyanın biznes naziri Conatan Reynolds bildirib.

Digər xəbərlər

Çoxlu hərəkət var, elə deyilmi?

Ruslar nədənsə narazıdırlarmı?

“Yanukoviç hipertonik böhrandan əziyyət çəkir...”

Putinlə keçmiş Ukrayna prezidenti arasında əsas görüş açıqlanıb...

“Lukaşenko Belarusu Rusiyanın hərbi infrastrukturuna çevirir”...

Kreml Polşa, Litva və Latviyaya təzyiq göstərmək üçün ölkədən istifadə edə bilər...

Ukrayna Kremlin trollarını “söndürdü”

Putinin təbliğatına güclü zərbə...

WSJ: Skandinaviya bölünmüş dünyada çiçəklənir...

İsveç və Danimarka müdafiələrini gücləndirir və ABŞ-dan asılılıqlarını azaldır...

“Bu, bioloji silah sınağı ola bilər…”

Bir həkim Rusiyada vəba epidemiyasının arxasında nəyin dayana biləcəyini izah etdi…

Qərbin Lukaşenko ilə mübarizə aparmaq üçün bütün vasitələri var

. Bu sahədə məhdudiyyətlər təcavüzkarı tez bir zamanda dayandıra bilər...

“Putin rejimini xilas etmək üçün Trampın qarşısında özünü alçaldır”

Kreml ABŞ prezidentini məmnun etməyə və Rusiya elitasının dəstəyini qorumağa çalışır...