Yeni Azərbaycan Partiyasının Sədri, Prezident cənab İlham Əliyevin YAP-ın VIII Qurultayında səsləndirdiyi fikirlərdən irəli gələn vəzifələrin müzakirəsi məqsədilə YAP Tərtər rayon təşkilatının Yuxarı Qapanlı ərazi partiya təşkilatında görüş təşkil edilib.
Tədbirdə ilk olaraq müasir Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin və Vətənimizin suverenliyi, ərazilərimizin azadlığı uğrunda şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Görüşü giriş nitqi ilə açan YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov YAP –ın VIII Qurultayın ölkənin ictimai-siyasi həyatı üçün önəmini vurğulayıb. O, dövlət başçısının qurultaydakı proqram xarakterli çıxışında müəyyən etdiyi əsas hədəflərdən, partiya qarşısında qoyulan vəzifələrdən bəhs edib və bu vəzifələrin yerlərdə, o cümlədən ərazi təşkilatları səviyyəsində icrasının vacibliyini diqqətə çatdırıb. Qeyd olunub ki, ölkəmizin qazandığı tarixi nailiyyətlərin qorunması, Prezidentin inkişaf strategiyasının dəstəklənməsi və vətəndaşlarla əlaqələrin daha da gücləndirilməsi partiya fəallarının əsas fəaliyyət istiqaməti olmalıdır.
Yuxarı Qapanlı ərazi partiya təşkilatının sədri Azər Cabbarov öz çıxışında VIII Qurultayın tarixi əhəmiyyətinə və qurultayda səsləndirilən tapşırıqların mahiyyətinə toxunub. O, rəhbərlik etdiyi təşkilatın gördüyü işlər, üzvlərlə aparılan işin təşkili, sıralarımızın daha da möhkəmləndirilməsi və ictimai-siyasi proseslərdə fəallığın artırılması barədə məlumat verib.
Tədbirdə çıxış edən digər partiya fəalları da VIII Qurultayın əhəmiyyəti, YAP-ın cəmiyyətdə rolu, üzvlərin üzərinə düşən məsuliyyət və qarşıda duran vəzifələr barədə fikirlərini bölüşüblər.
Sonda ərazi təşkilatının cari fəaliyyətinə dair müzakirələr aparılıb, qarşıdakı dövr üçün görüləcək işlər haqqında fikir mübadiləsi edilib.