PDF Oxu

Dünya

  • 3 640

Aİ Belarusa qarşı yeni sanksiyalar paketi hazırlayıb

Aİ Belarusa qarşı yeni sanksiyalar paketi hazırlayıb

Avropa Birliyi, Minskin Ukraynaya qarşı müharibədə Rusiyaya kömək etməsindəki boşluqları aradan qaldırmaq üçün Belarusa qarşı bir sıra yeni sanksiyalar hazırlayıb. SİA xəbər verir ki, Radio Svaboda bu barədə Brüsseldəki məlumatlı mənbələrdən məlumat əldə edib.

Yeni Avropa Birliyi sanksiya paketindəki məhdudiyyətlər aşağıdakıları əhatə edir:

-İkili təyinatlı texnologiyalar və malların əlavə siyahısına, eləcə də hərbi sənaye və təhlükəsizlik sektorunu gücləndirə biləcək texnologiyalar və mallara qadağa qoyulur. Qeyd olunur ki, Rusiya bu malların bəzilərindən, xüsusən də dronlar üçün komponentlərdən Ukraynaya qarşı müharibədə istifadə edib;

-Hərbi sənaye və təhlükəsizlik sektorunu gücləndirə biləcək bir sıra mallara Belarus vasitəsilə tranzit qadağası da tətbiq olunur; Belarusa müəyyən növ proqram təminatının tədarükünə qadağa qoyulur;

- Belarusdan alüminium idxalı məhdudlaşdırılır;

-Belarusda tikinti xidmətləri göstərən Avropa şirkətlərinə qadağa genişləndirilir;

-25 faiz və ya daha çox payı Belarus fiziki və ya hüquqi şəxslərinə məxsus olan şirkətlər üçün AB vasitəsilə avtomobil yük daşınması qadağandır;

-Sanksiyalara məruz qalan şəxslərin siyahısı Belarus hərbi-sənaye kompleksindən faydalanan hər kəsi əhatə etmək üçün genişləndirilir;

Belarus şirkətlərinin Avropa Birliyindəki maliyyə əməliyyatlarına əlavə nəzarət tətbiq olunur.

Qeyd olunur ki, yeni sanksiyalar paketinin məqsədi Belarusun Rusiya hərbi maşınında iştirakını minimuma endirmək və Avropa məhdudiyyətlərini aşmaq üçün bütün mümkün yolları bağlamaqdır.

Digər xəbərlər

Gənclərlə mübarizə...
Gənclərlə mübarizə...

SSRİ-də hər şeyin necə bitdiyini xatırlayırsınızmı?

“Artıq heç kim bizi şantaj edə, işıqları və istiliyi söndürə bilməz”
“Artıq heç kim bizi şantaj edə, işıqları və istiliyi söndürə bilməz”

Moldova Rusiyadan enerji asılılığından qurtuldu. Ölkə Rumıniyanın enerji şəbəkəsinə qoşulub və Moskvadan qaz almağı dayandırıb…

“Mən dindar adamam, ona görə də nəzəri olaraq cənnətə gedəcəyəm”
“Mən dindar adamam, ona görə də nəzəri olaraq cənnətə gedəcəyəm”

Trampdan cənnətə gedib-getməyəcəyi soruşulub... ABŞ prezidenti Müqəddəs Kitab prinsiplərindən birini rədd edir...

Putin vaxtı gecikdirir...
Putin vaxtı gecikdirir...

ABŞ-ın Ukraynadakı keçmiş səfiri Kremlin strategiyasını açıqlayıb...

Yuri Felştinski: Tramp və Putinin planları iki ay ərzində dağıla bilər...
Yuri Felştinski: Tramp və Putinin planları iki ay ərzində dağıla bilər...

Demokratların qələbəsi Ukrayna ətrafındakı vəziyyəti dəyişdirir...

“Atanşiklər: sən atırsan - onlar da sənə atırlar”
“Atanşiklər: sən atırsan - onlar da sənə atırlar”

Rusiyanın hərbi xidmətə qəbul sistemi necə bir biznesə çevrilib…

Rusiya donanmasının ən böyük iki hərbi gəmisini “batırdı”
Rusiya donanmasının ən böyük iki hərbi gəmisini “batırdı”

“Admiral Kuznetsov” və “Pyotr Velikiy” artıq üzməyəcək...