PDF Oxu

Dünya

  • 694

Trampın iqamətgahı yaxınlığında bir kişi öldürülüb

image

ABŞ Gizli Xidmətinin agentləri Prezident Donald Trampın Floridadakı Mar-a-Lago malikanəsinə girməyə cəhd edən silahlı bir kişini öldürüblər. Bu barədə Fox News bazar günü, 22 fevral tarixində məlumat verib.

Gizli Xidmətin məlumatına görə, hadisə yerli vaxtla təxminən saat 1:30 radələrində baş verib. 20 yaşlarında naməlum bir kişi iqamətgaha "icazəsiz giriş" edib.

Şəxs şimal darvazasının yaxınlığında üzərində ov tüfəngi və yanacaq dolu bir bidonla görülüb. O, güllələnib və nəticədə ölüb.

Rəsmilərin sözlərinə görə, Gizli Xidmət və ya Palm Biç Şəhər Şerifinin heç bir əməkdaşı xəsarət almayıb və həmin vaxt malikanədə heç kim olmayıb.

Bəyanatda deyilir: "FTB, Gizli Xidmət və Palm Biç Şəhər Şerif Ofisi kişinin keçmişini, hərəkətlərini və mümkün motivini, eləcə də güc tətbiqini müəyyən etmək daxil olmaqla, araşdırma aparır".

Donald Tramp əvvəllər 2024-cü il prezident seçkiləri kampaniyası zamanı hücumçuların hədəfinə çevrilmişdi. 2024-cü ilin iyul ayında Pensilvaniyada keçirilən mitinq zamanı 20 yaşlı Tomas Metyu Kruks yaxınlıqdakı binanın damından atəş açmışdı. Tramp qulağından xəsarət almışdı və Kruks həlak olmuşdu.

Və 2024-cü ilin sentyabr ayında Məxfi Xidmət agentləri Floridadakı qolf meydançasında silahlı Rayan Uesli Rutu saxlamışdılar. 2026-cı ilin fevral ayında məhkəmə onu ömürlük həbs cəzasına məhkum etmişdi.

VƏLİ

Digər xəbərlər