Ermənistan və İran arasında TRIPP layihəsinin həyata keçirilməsi ilə bağlı qarşılıqlı anlaşma əldə olunub.
SİA xəbər verir ki, Ermənistan mediasının xəbərinə görə, bu barədə parlamentin hakim "Vətəndaş müqaviləsi" fraksiyasının deputnatı Sarkis Xandanyan bildirib.
Onun sözlərinə görə, ABŞ və İran arasında mövcud gərginlik layihənin həyata keçirilməsinə mane olmayacaq.
"Ermənistan və İran arasında TRIPP layihəsi ilə bağlı qarşılıqlı anlaşma əldə olunub və hesab etmirəm ki, İran-Amerika münasibətlərindəki gərginlik bu proqramın həyata keçirilməsinə təsir göstərə bilər. Dəmir yolu məsələsi gündəmdədir. Hazırda onun yerləşəcəyi ərazi və məqsədəuyğunluğu öyrənilir. Yoxlamalar başa çatdıqdan sonra tikinti işlərinə başlanacaq. Mən siyasi maneə görmürəm", – Xandanyan qeyd edib.
Deputat əlavə edib ki, İrəvan Vaşinqton və Tehran arasında mümkün qədər tez sülh əldə olunacağına ümid edir.
Hadisə hərbçilər və siyasətçilər arasında hiddət dalğasına səbəb olub...
Aralıq seçkilərdəki məğlubiyyət partiyanı ABŞ prezidenti ilə münasibətlərini yenidən nəzərdən keçirməyə məcbur edə bilər…
Pekində rejim üçün bir sıra təhdidlər var...
Kolorado konqresmeni demokratların dörd əsas prioritetini qeyd edib...
Rusiya iqtisadiyyatı dağılır...
Ritual rəqslər çıxılmaz vəziyyətdə...
Bu bəyanatla ABŞ-ın Afrika Komandanlığının rəis müavini çıxış edib...