PDF Oxu

Dünya

  • 2 548

Mərcan rifləri bərpa olunmağa vaxt tapmır

Mərcan rifləri bərpa olunmağa vaxt tapmır

Dünyanın mərcan rifləri getdikcə daha ciddi təhlükə ilə üz-üzədir. Alimlərin açıqladığı yeni hesabat göstərir ki, mərcanların kütləvi ağarması əvvəlkindən daha tez-tez baş verir və riflər növbəti böhran başlamadan əvvəl özünü bərpa etməyə macal tapmır.

Mərcan rifləri dəniz canlılarının təxminən dörddə birinə yaşayış mühiti yaradır, sahilləri qoruyur, milyonlarla insan üçün qida və gəlir mənbəyi rolunu oynayır. Lakin okeanların sürətlə isinməsi, çirklənmə və digər insan fəaliyyəti bu ekosistemlərin davamlılığını zəiflədir.

Global Coral Reef Monitoring Network-in 40 ildən artıq məlumat əsasında hazırladığı hesabatda bildirilir ki, əvvəllər mərcanların ağarması arasındakı müddət onilliklərlə ölçülürdüsə, hazırda bu interval orta hesabla 5–6 ilə qədər azalıb.

Mərcan ağarması zamanı mərcanların toxumalarında yaşayan və onlara qida verən rəngli yosunlar xaric olur. Ağarmış mərcan dərhal ölmür, lakin okean temperaturu aşağı düşməzsə, onun aclıq və xəstəliklərdən məhv olmaq riski artır.

Araşdırmaya görə, 2020–2024-cü illərdə dünyada sərt mərcan örtüyü tarixi orta göstəricidən 9,5 faiz aşağı olub. 2023-cü ildə baş verən kütləvi ağarma isə indiyədək qeydə alınan ən genişmiqyaslı hadisə olub və dünya mərcan riflərinin təxminən 77 faizinə təsir edib.

Alimlər hesab edirlər ki, vəziyyəti dəyişmək hələ mümkündür. Bunun üçün istixana qazı emissiyalarının sürətlə azaldılması, həddindən artıq balıqçılığın qarşısının alınması və sahilyanı ərazilərin daha düzgün idarə olunması vacibdir.

Çünki təbiətin bərpa olmaq üçün zamana ehtiyacı var. Əgər böhranlar bir-birini getdikcə daha qısa intervallarla əvəz edərsə, mərcan riflərinin əvvəlki vəziyyətinə qayıtmaq imkanları da tədricən azalacaq.

Lalə Mehralı

Digər xəbərlər

Amerikalı gözətçi Pentaqonun rəhbərini biabır edib
Amerikalı gözətçi Pentaqonun rəhbərini biabır edib

Hadisə hərbçilər və siyasətçilər arasında hiddət dalğasına səbəb olub...

Respublikaçılar Trampı devirəcəklərmi?
Respublikaçılar Trampı devirəcəklərmi?

Aralıq seçkilərdəki məğlubiyyət partiyanı ABŞ prezidenti ilə münasibətlərini yenidən nəzərdən keçirməyə məcbur edə bilər…

Si Cinpinin baş ideoloqu həyəcan təbili çalıb
Si Cinpinin baş ideoloqu həyəcan təbili çalıb

Pekində rejim üçün bir sıra təhdidlər var...

Demokratlar ABŞ-ın xarici siyasətini necə dəyişdirə bilər?..
Demokratlar ABŞ-ın xarici siyasətini necə dəyişdirə bilər?..

Kolorado konqresmeni demokratların dörd əsas prioritetini qeyd edib...

Qərb tarixi şans əldə etdi
Qərb tarixi şans əldə etdi

Rusiya iqtisadiyyatı dağılır...

Kreml öz tələsinə düşüb...
Kreml öz tələsinə düşüb...

Ritual rəqslər çıxılmaz vəziyyətdə...

ABŞ Madaqaskarı Rusiya ilə yaxınlaşmağa qarşı xəbərdar edib
ABŞ Madaqaskarı Rusiya ilə yaxınlaşmağa qarşı xəbərdar edib

Bu bəyanatla ABŞ-ın Afrika Komandanlığının rəis müavini çıxış edib...

Pentaqon rəhbəri Ukrayna ilə bağlı yeni impiçmentlə üzləşə bilər
Pentaqon rəhbəri Ukrayna ilə bağlı yeni impiçmentlə üzləşə bilər

Heqset-in vəzifədən kənarlaşdırılması üçün Senatın üçdə ikisinin dəstəyi tələb olunacaq...

Tramp prezidentlik müddəti bitməmiş “demokrat” ola bilər
Tramp prezidentlik müddəti bitməmiş “demokrat” ola bilər

ABŞ prezidentinin başqa variantı qalmaya bilər...

Putin layiq olduğunu alacağını bilir...
Putin layiq olduğunu alacağını bilir...

Kreml niyə öz təhlükəsizliyinin təminatından danışır?