PDF Oxu

Dünya

  • 16

Barak Obama Afrikaya ilk səfərinə başlamağı planlaşdırır

Barak Obama Afrikaya ilk səfərinə başlamağı planlaşdırır
"Vaşinqton Post" qəzetinin məlumatına görə, yaxın vaxtlarda ABŞ prezidenti Barak Obama Afrika ölkələrindən birinə ilk rəsmi səfərini etməyə hazırlaşır. İyulda B.Obama Qanada iki gün qaldıqdan sonra, arvadı Mişellə birlikdə İtaliyaya gedəcək, oradan də Rusiyaya yola düşəcəkdir. ABŞ prezidentinin planına qanalı həmkarları ilə danışıqlar aparmaq da daxildir.
B.Obama Afrika ölkəsi Keniya vətəndaşının övladı olduğu üçün senator olduğu vaxtlarda ABŞ-ın xarici işlər üzrə komitəsinin üzvü kimi Saxara səhrasında yerləşən bu ölkəyə səfər etmişdir. B.Obama atasının doğma kəndində və Çad-ın bir neçə regionunda olmuşdur. O vaxt demokrat siyasətçinin avtomobil kortejini minlərlə yerli əhali salamlamışdır. B.Obamanın prezident kimi Afrikaya rəsmi səfərinin daha böyük ajiotaj yaradacağı gözlənilir.
Qana prezidenti Con Atta Millzlə görüşü zamanı B.Obama geniş dairəli məsələləri müzakirə etmək niyyətindədir. Ağ Evin mətbuat xidmətinin katibi Robert Gibbsin dediyinə görə, ABŞ prezidenti və arvadı Afrikaya səfəri ilə Cənubi Saxarada ölkələrarası əməkdaşlığı möhkəmləndirəcəklər. B.Obamanın Qanaya səfəri 10-11 iyula təyin edilmişdir.

Digər xəbərlər