PDF Oxu

Dünya

  • 35 591

Romada miqrantlar üçün “düşərgə”…

Romada miqrantlar üçün “düşərgə”…

Avropa Komissiyası İtaliyanın hakimiyyət orqanlarına müraciət edərək, onları Lampeduza adasında immiqrantların saxlanılması şəraitini yoxlamağa çağırıb. Komissiya bu bəyanatı miqrasiya mərkəzindən həvəskar videoyazını İtaliya telekanallarından biri yayımladıqdan sonra verib.Videoçarx istər hüquq müdafiəçilərinin, istərsə də rəsmi Romanın hiddətini doğurub. Aİ-nin daxili işlər məsələləri üzrə komissarı Sesiliya Malmstrem deyib: "Lampeduzada çəkilmiş videoyazı dəhşətli və yolverilməzdir".Videonu suriyalı qaçqınlardan biri mobil telefonunun kamerasına çəkib. Kadrlarda görünür ki, qadınları və kişiləri neçə qovub küçəyə çıxarır, paltarlarını soyunmağa məcbur edir, sonra şlanqı onlara tuşlayıb çimizdirir və bu yolla onları miqrasiya mərkəzində tüğyan edən qotur xəstəliyindən müalicə edirlər.Video müəllifinin sözlərinə görə, bu prosedur hər üç gündən bir təkrar olunur. S.Malmstrem deyib: "Biz artıq bir çox miqrasiya mərkəzlərində, o cümlədən Lampeduzada dözülməz saxlama şəraitinin araşdırılmasına başlamışıq. Biz Avropa İttifaqı qanunvericiliyinin pozulması hallarını üzə çıxarmaq üçün tərəddüd etməyəcəyik. Əmin olmalıyıq ki, Avropa İttifaqının standart və öhdəliklərinə lazımi səviyyədə riayət olunur".Bundan əlavə o bildirib ki, Aİ miqrantların qəbul edilməsində İtaliyaya hərtərəfli kömək göstərməlidir.Lampeduza adası Aİ-nin cənub sərhədində yerləşdiyinə görə Afrika və Yaxın Şərq ölkələrindən Avropaya gəlməyə can atan qaçqınları qəbul edən ilk məntəqədir.

sia.az

Digər xəbərlər

“Ruslara gül verin, sanksiya yox..?”
“Ruslara gül verin, sanksiya yox..?”

Al Bano İtaliyanın baş nazirini kursu dəyişməyə çağırıb...

Tramp İrandan qayıdanda yolüstü Kubanı da "azad" edəcəyini deyir
Tramp İrandan qayıdanda yolüstü Kubanı da "azad" edəcəyini deyir

Əvvəlcə Amerika gəmisi ora yaxınlaşacaq və sonra da...

Çinli alim Putinin ömrünü uzadacaq layihədə iştirak edə bilər
Çinli alim Putinin ömrünü uzadacaq layihədə iştirak edə bilər

Baş transplantasiyası ilə məşğul olan çinli cərrah tapılıb. Jen Siaopin adlı cərrah Moskvada iş baçındadır...

Demə, Depardie Putinlə “yalançı dostluq” edirmiş..?
Demə, Depardie Putinlə “yalançı dostluq” edirmiş..?

Rusiyadakı mənzilini satan Depardie əldə etdiyi pulu Ukraynaya köçürüb. Andrey Xalpaxçinin yüksək səsli bəyanatı...

Foreign Affairs: Texnologiya bahisləri müharibədə qələbəyə zəmanət vermir
Foreign Affairs: Texnologiya bahisləri müharibədə qələbəyə zəmanət vermir

Ukrayna təcrübəsi göstərir ki, sadə, lakin effektiv həllər var...

ABŞ, əslində Venesuelada nə edir?
ABŞ, əslində Venesuelada nə edir?

Müxalifət vəd edilmiş dəyişikliklərə çağırır...

Ukraynada Starlink məhdudiyyətlərinə görə Trump-ı necə cəzalandırmaq olar?
Ukraynada Starlink məhdudiyyətlərinə görə Trump-ı necə cəzalandırmaq olar?

Respublikaçılar və demokratlar Senatda birgə bəyanat veriblər...

Agent “Tom” general Sərvarovun partladılmasına necə kömək etdi..?
Agent “Tom” general Sərvarovun partladılmasına necə kömək etdi..?

Ukrayna tərəfinə keçən rusiyalı agent rus zabitlərini izləyən bir şəbəkə yaratdı...

Rusiyada etiraz əhval-ruhiyyəsi artır
Rusiyada etiraz əhval-ruhiyyəsi artır

Hökumətin reytinqi xeyli aşağı düşüb...