Mərkəzi Avropa ölkələri koronavirus pandemiyasına qarşı mübarizədə regional əməkdaşlığın gücləndirilməsi və fəaliyyətin daha sıx koordinasiya edilməsini müzakirə edib. SİA-nın verdiyi məlumata görə, “Central Five” formatının (Avstriya, Çexiya, Macarıstan, Sloveniya və Slovakiya) xarici işlər nazirlərinin növbəti görüşündə bu mövzu ilə yanaşı, Sloveniyanın Aİ Şurasına sədrlik dövrü üçün prioritetləri, eləcə də Qərbi Balkan ölkələrinin Aİ-yə üzvlüyə qəbulu ətrafında fikir mübadiləsi aparılıb.
Avstriya Xarici İşlər Nazirliyindən bildirilib ki, müzakirələrin əsas məqsədi pandemiyanın gedişatında hansısa ölkənin qəbul etdiyi məhdudiyyət və sair qərarların digər ölkələr üçün sürpriz effekti yaratmasının qarşısını almaqdır. Bu, ilk növbədə ölkələrarası gediş-gəliş qaydalarına, sərhəd-keçid məntəqələrində yoxlanış və tranzit nəqliyyata aid məsələlərdə qarşılıqlı koordinasiya və anlaşmaya şamil olunacaq.
Nazirlər səviyyəsində keçirilən görüşdə peyvənd kampaniyasının əhəmiyyəti vurğulanıb və peyvəndlərlə bağlı saxta məlumatların yayılmasına qarşı mübarizənin gücləndirilməsi barədə də danışılıb.
Afrika Xarici İşlər Nazirliyi açıqlama verib...
Ekspert Tramp-ın Putinlə dizel müqaviləsini yüksək qiymətləndirdi...
Əsas ştatları Ohayo, Ayova, Alyaska və Texas olacaq...
Bu, Ukraynaya müharibəni bitirməyə kömək edə bilər...
Kreml bir neçə onilliklər ərzində ÇXR-ə sata bilməyən layihənin adını “Sibirin Gücü 2” -dən “Baykalın Gücü”nə dəyişdirmək qərarına gəldi...
Narazılıq xüsusilə Orta Qərb ştatlarında nəzərə çarpır...
...lakin KTMT-nin baş katibinin dediyinə görə rədd edilir
Sorğular göstərir ki, amerikalılar demokratlara səs verirlər...
Rusiyadan Hindistana vizasız səfərləri nəzərdə tutan saziş üzərində iş dayandırılıb...