Nigeriyanın şimalındakı Koqi əyalətindəki həbsxanaya silahlı hücum nəticəsində ən az 240 məhbus qaçıb. SİA xəbər verir ki, bu barədə “Channels Television” Nigeriya İslah Xidmətlərinin sözçüsünə istinadən məlumat yayıb.
Bir qədər əvvəl isə "Punch" qəzeti qaçan 100 məhbus barədə məlumat vermişdi.
Telekanalın xəbərinə görə, naməlum silahlı şəxslər hücum edərək mühafizəçilərlə atışmaya giriblər. Hücum zamanı həbsxanada 294 nəfər saxlanılırdı. Qaçan məhbusların tutulması üçün əməliyyata başlanılıb və hadisə araşdırılır.
Kanalın bildirdiyinə görə, həbsxana 2008-ci ildə qurulub və 200 nəfər üçün nəzərdə tutulub.
Ruslar Ukraynanın ödəməli olduğu təzminatın məbləğini açıqlayıblar...
Bəli, onlar müsəlmandırlar, lakin onlar həm də Amerika məktəblərinin, universitetlərinin və sosial mühitlərinin məhsuludurlar...
Ukrayna və Avropa bir yerdə olmalıdır...
ABŞ və müttəfiqləri növbəti nəsil müharibələrinə yanaşmalarını yenidən nəzərdən keçirirlər...
Rus generalları Ukrayna kəndlərini ələ keçirmək üçün sui-qəsd hazırlayırlar...
Bəyanat rəsmilərlə görüşdə verilib...
Putin vəziyyəti daha da ağırlaşdırır...
Hərbi ekspert eskalasiyanın üç-dörd mərhələsini müəyyən etdi...