PDF Oxu

Dünya

  • 1 654

Böhranı qadınlar yaşayır, qərarları isə kişilər verir

Böhranı qadınlar yaşayır, qərarları isə kişilər verir

"UN Women" və BMT-nin İqtisadi və Sosial Məsələlər Departamenti (UN DESA) tərəfindən yeni təqdim olunmuş "Gender Bərabərliyi: Vəziyyət Hesabatı 2026" böhranın qadın və qızlara təsiri, həmçinin qadınların iqlimlə bağlı qərarların qəbulu prosesində iştirak imkanlarının səviyyəsi barədə diqqətçəkən məlumatları təqdim edib. Məlumata görə dünya miqyasında təxminən 2,9 milyard qadın və qız iqlim dəyişikliyi və geofiziki fəlakətlər qarşısında yüksək və ya çox yüksək risk altında olan ölkələrdə yaşayır. Bir milyard qadın və qız orta riskli ərazilərdə məskunlaşıb. Aşağı və ya çox aşağı riskli ölkə və regionlarda yaşayan qadın və qızların sayı 224,9 milyon nəfər təşkil edir ki, bu da bütün qadın və qızların 5,5 faizinə bərabərdir.

Temperaturun yüksəlməsi, xüsusilə yaşlı qadınlar üçün həyati təhlükə yaradan bir riskə çevrilir. 2022-ci ilin yayında Avropada istilik dalğaları nəticəsində baş verən ölümlərdə yaşlı qadınların payı qeyri-mütənasib şəkildə yüksək olmuşdur. Bu çətinliklərin öhdəsindən gəlmək üçün qadınların qərarların qəbulu proseslərində bərabər səviyyədə iştirakı tələb olunur. Son illərdə beynəlxalq iqlim danışıqlarında qadınların təmsilçiliyinin artdığı müşahidə edilir. 2008-ci ildə keçirilmiş BMT-nin İqlim Dəyişmələri Konfransında (COP14) nümayəndələrin 31%-ni qadınlar təşkil etdiyi halda, 2025-ci ildəki COP30-da bu göstərici 40%-ə yüksəlmişdir. Bununla belə, nazirliklər daxilində vəziyyət eyni sürətlə dəyişməmişdir. 2026-cı ilin məlumatına görə, dünya miqyasında ətraf mühit məsələlərinə cavabdeh olan nazirlərin yalnız 27%-i qadınlardır. Energetika, təbii sərvətlər, yanacaq və mədənçıxarma sahələrinə cavabdeh nazirlər arasında isə bu rəqəm 12%-ə enir.

Digər tərəfdən, qadınlar iqlim dəyişikliyi ilə mübarizədə mühüm rol oynayırlar. 2026-cı ildə qadın ətraf mühit hüquqları müdafiəçiləri qlobal miqyasda ətraf mühitin müdafiəsi ilə bağlı təşəbbüslərin dörddə birində iştirak etmişlər. Başqa sözlə desək, iqlim sahəsində keçidi müəyyən edən qərarlar qadınların səsi kifayət qədər nəzərə alınmadan qəbul edilir.

“Milliyyet” xəbər verir ki, Sosial İqlim Assosiasiyasının sədri Gaye Tuğrulöz məsələni belə şərh edir: “İqlim böhranı hər kəsə eyni təsir göstərmir; qadınlar və qızlar bundan daha ağır şəkildə zərər görürlər. Lakin əsas müşahidə etdiyimiz məqam bir uyğunsuzluqdur: böhrandan ən çox təsirlənən şəxslərlə həll yolları ilə bağlı qərar qəbul etmək səlahiyyətinə malik olanlar eyni insanlar deyil. Biz bunu “İştirakdan Səlahiyyətə” (From Participation to Power) layihəmizdə dəfələrlə müşahidə etmişik; gənc qadınlar bir araya gəldikdə, üzləşdikləri çətinlikləri tez bir zamanda konkret siyasət təkliflərinə çevirir və bu ideyaları birbaşa yerli idarəetmə orqanlarına təqdim edirlər. Bu, problemin qadınların həll yolları tapmaq bacarığının olmamasında deyil, əksinə, onların yaratdığı həll yollarının qərarvermə mexanizmlərinə daşınmamasında olduğunu nümayiş etdirir. Sosial İqlim Assosiasiyası olaraq biz buna sadəcə bir çatışmazlıq kimi deyil, həlli vacib olan bir ədalət məsələsi kimi yanaşırıq. Qadınlar iqlim siyasətinin sadəcə obyekti olmamalı, əksinə, onları formalaşdıran tərəf olmalıdırlar.”

"Milliyet" qlobal media alyansı olan "Media Compact"ın üzvü qismində, "UN Women" ilə tərəfdaşlıq çərçivəsində iqlim böhranının çoxşaxəli təsirlərini işıqlandıran məqalələr silsiləsini davam etdirir. Bu silsilə, 9–20 noyabr tarixlərində Türkiyənin Antalya şəhərində keçirilməsi nəzərdə tutulan Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransına (COP31) qədər davam edəcək.

"İştirakdan Hakimiyyətə" layihəsi Avropa İttifaqının maliyyə dəstəyi ilə "UN Women" (BMT-nin Qadınlar üzrə Qurumu) tərəfindən həyata keçirilən vətəndaş cəmiyyəti proqramı çərçivəsində icra olunur. Layihə gənc qadınların demokratik qərarların qəbulu proseslərində iştirakını gücləndirməyi və onların ictimai siyasəti və sosial transformasiyanı formalaşdıran vətəndaş və siyasi fəallar kimi fəaliyyətinə dəstək verməyi hədəfləyir.

COP31 Sədrliyinin İqlim məsələləri üzrə Gənclər Səfiri Salli Higgins Türkiyəyə səfəri zamanı "UN Women" təşkilatının Türkiyə üzrə ölkə direktoru Mariz Qimond ilə görüşüb. Avstraliyanın Kvinslend ştatındakı kiçik Allora şəhərciyindən olan fermer Higgins öz icmasında şahidi olduqlarını belə təsvir edir: "Mən gördüm ki, təbii fəlakətlər zamanı bölgəmdəki qadınlar hər şeyi bir arada saxlayır və vəziyyəti idarə edirlər. Onlar bərpa və yenidənqurma işlərində həlledici rol oynayırlar. Bu, bir çox yerlər üçün keçərlidir. Gənc qadınlar qərar qəbulu masasında onlar üçün yer ayrılmasını gözləmirlər, onlar artıq işi görürlər və qərarların qəbul edildiyi yerlərdə təmsil olunmalıdırlar. Təkcə ona görə yox ki, bu, düzgün addımdır, həm də ona görə ki, bu, daha yaxşı siyasətlərə və daha güclü sosial nəticələrə gətirib çıxarır."

Tərcümə: Mətanət Məmmədova

Digər xəbərlər

ABŞ “bütün bombaların anası” olan təyyarələri mövqelərinə gətirdi
ABŞ “bütün bombaların anası” olan təyyarələri mövqelərinə gətirdi

Media Pentaqonun İrana nə vaxt zərbə endirmək niyyətində olduğunu öyrəndi...

Zyuqanov: Rusiya 90-cı illərin uğursuzluğuna düçar ola bilər
Zyuqanov: Rusiya 90-cı illərin uğursuzluğuna düçar ola bilər

Rusiyanın baş kommunisti Rusiya Federasiyasının büdcəsini rusların əmanətləri ilə doldurmaq istəyir...

ABŞ-ın dünyada təsiri sürətlə azalır
ABŞ-ın dünyada təsiri sürətlə azalır

Tramp yalnız vəziyyəti ağırlaşdırır...

Mərkəzi Asiyada elektrik enerjisi çatışmazlığı yaşanacaq..?
Mərkəzi Asiyada elektrik enerjisi çatışmazlığı yaşanacaq..?

Avrasiya İnkişaf Bankı bu barədə xəbərdarlıq edib...

Kremlin saxta danışıqları...
Kremlin saxta danışıqları...

Putin niyə dayanmır? Böyüklüyünü bərpa etmək üçün Kremlin bütün Ukraynaya ehtiyacı var...

“Rusiya ilə Avropa arasında müharibə qaçılmazdır”..?
“Rusiya ilə Avropa arasında müharibə qaçılmazdır”..?

Putin xəritələri açır. Kreml müharibənin başa çatması ilə bağlı müzakirələrə yeni girişlər təqdim etməyə başladı...

Zaxarova Maydan hadisələrində ABŞ-ın xəyanətini xatırladıb
Zaxarova Maydan hadisələrində ABŞ-ın xəyanətini xatırladıb

O, ABŞ-ın eks-prezidenti Cozef Baydeni Obamanın tapşırığı ilə “Ukrayna prezidentinin yerində oturaraq” Ukrayna hökumətinin iclasına rəhbərlik etmək üçün Kiyevə necə uçduğunu yada salıb...

Afrika və Braziliya Rusiyanı Çindən sıxışdırır
Afrika və Braziliya Rusiyanı Çindən sıxışdırır

Neft bazarında yeni liderlər meydana çıxdı...

Portnikov: Ukrayna üçün demokratların qələbəsi nə deməkdir
Portnikov: Ukrayna üçün demokratların qələbəsi nə deməkdir

Kiyevi dəstəkləyən qanun layihəsi artıq Nümayəndələr Palatası tərəfindən qəbul edilib...