İqtisadiyyat

  • 3 777

"ARDNF-ın növbəti il üçün gəlirləri 15 579 milyon manat həcmində proqnozlaşdırılıb"

image

"Büdcə sistemi haqqında” qanuna uyğun olaraq, Dövlət Neft Fondunun gəlir və xərcləri dövlət büdcəsinin tərkibindədir. 2019-cu ildə Dövlət Neft Fondunun büdcəsi gəlir və xərcləri dövlət büdcəsində olduğu kimi neftin qiyməti 1 barelə görə 60 dollar qiymətində götürülüb”. SİA-nın xəbərinə görə, bunu Azərbaycan Respublikasının Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov parlamentdə komitələrin birgə iclasında 2019-cu ilin büdcə zərfinin müzakirəsi zamanı çıxış edərkən deyib.O bildirib ki, bu göstəriciyə uyğun olaraq, ARDNF-ın növbəti il üçün gəlirləri 15 milyard 579 milyon manat həcmində proqnozlaşdırılıb.Onun sözlərinə görə, bu, 2017-ci ilin göstəricisi ilə 28.4, 2018-ci ilin göstəricisi ilə isə 1.8 faiz çoxdur: “Gəlirlərin strukturunda Azərbaycan Respublikasının payına düşən məbləğ neft və qazın satışından əldə edilən xarici gəlirlər ən böyük çəkiyə malikdir. Dövlət Neft Fondunun 2019- cu il üçün büdcəsində bu mənbə üzrə fonda daxilolmalar 13 milyarda 218 milyon manat təşkil edəcək”.Ş. Mövsümov qeyd edib ki, 2019-cu ildə Dövlət Neft Fondunun vəsaitlərinin idarə edilməsindən əldə edilən gəlirlər 1 milyard 571 milyon manat proqnozlaşdırılır: “ Bu da 2017-ci ilin göstəricisindən 45, 2018-ci ilin göstəricisindən isə 29,4 faiz çoxdur. 2019-cu ilin büdcə ilindən başlayaraq, icmal büdcə xərclərinin orta və ya uzun müddətli idarə olunması üzrə yeni fiskal büdcə qaydasının tətbiqinə başlanılıb. Bununla əlaqədar Dövlət Neft Fondunun 2019-cu il üçün büdcə xərclərinin parametrlərinin yeni büdcə qaydasının parametrlərinə uyğun olaraq hazırlanıb”.

sia.az

Digər xəbərlər