İqtisadiyyat

  • 4 018

Azərbaycanda yeni mövsümdə 194 min tona yaxın pambıq yığılıb

image

Azərbaycanda yeni mövsümdə sahələrdən 193 892 ton pambıq yığılıb. Noyabrın 3-nə olan məlumata görə, sahələrdə orta məhsuldarlıq 14,6 sentner təşkil edir.Kənd Təsərrüfatı Nazirliyindən SİA-ya verilən məlumata görə, yığılan pambığın 108 641 tonu MKT İstehsalat Kommersiya MMC-nin, 43 880 tonu “Azərpambıq ASK” MMC-nin 25 936 tonu “P-Agro” MMC-nin, 9960 tonu “Aqro-Az MMC” və “Goran Cotton” MMC-nin, 5474 tonu isə fərdi əkinlərin payına düşür.Bu günədək ən çox pambıq Saatlı (25857 ton), Bərdə (20472 ton) və Ağcabədi (20 227 ton) rayonlarında yığılıb. Ümumilikdə 2018-ci ildə Azərbaycanın 22 bölgəsində pambıq əkilib. Ən yüksək məhsuldarlıq Samux (21,77 ha/s), Bərdə (21,26 ha/s), Tərtər (20,59 ha/s) və Ağcabədi (20,34 ha/s) rayonlarında qeydə alınıb. Noyabrın 3-də gündəlik yığım həcminə görə Bərdə rayonu lider olub - 351 ton. Sonrakı yerləri Beyləqan (349 ton), Saatlı (336 ton), Biləsuvar (335 ton) Ağcabədi (303 ton) rayonları tutur.Qeyd edək ki, bu il 132 min hektardan artıq ərazidə pambıq əkilib. 2018-ci ildə sahələrdən ümumilikdə 260 min ton pambıq yığılacağı proqnozlaşdırılır.

sia.az

Digər xəbərlər